Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

DİN-dən aksiya cəhdinə reaksiya

 

“Bu gün vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz etiraz aksiyası keçirməyə cəhd göstərib”.

"Xeberinfo.com":  Məlumata görə, bunu vritualaz.org saytına açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

“Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” - deyə Ehsan Zahidov bildirib.

*   *   *15:56

Bu gün saat 15:30 radələrində Bakının Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı kortəbii etiraz aksiyası keçirilib.

Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, aksiyada bir neçə yüz adam iştirak edib. Polis aksiyanı tezliklə dağıdıb, toplaşanlar şüar səsləndirməyə cəhd edən kimi asayiş keşikçiləri onları meydandan uzaqlaşdırıb. Meydana yeridilən çoxsaylı polis qüvvələri və xüsusi təyinatlılar etirazların böyüməsinin qarşısını alıblar. Hazırda meydanda heç kim yoxdur.

Bir neçə nəfər saxlanılıb. Saxlanılanların sayının 10-a yaxın olduğu bildirilir. Əksəri gənclərdir. Onlar yaxınlıqdakı polis bölməsinə aparılıblar.  

Aksiyanın konkret təşkilatçısı barədə məlumat yoxdur. Onların sosial şəbəkələr üzərindən təşkilatlandığı bildirilir.

"Etirazçılar arasında Qarabağ müharibəsi veteranları, keçmiş hərbçilər və əlillər üstünük təşkil edir. Onlar təqaüdlərin artırılmasını və manatın ucuzlaşmasından sonra başlayan bahalığın dayandırılmasını tələb edirlər" - deyə müxbirlərimiz bildirir.

Müxbirimiz onu da xəbər verir ki, aksiyanı işıqlandıran jurnalistlərdən birinin halı qəfildən pisləşib və təcili yardım çağırılıb.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam