Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident Administrasiyasının qarşısında aksiya

 

   Bu gün saat 13.00 radələrində “Sevil” MMC-dən zərər görən bir qrup şikayətçi Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib.
   "Xeberinfo.com":Aksiya iştirakçılarının İnterpress.az-a verdiyi məlumata görə, toplaşanlar əsasən “Sevil” MMC-dən torpaq sahəsi alaraq ərazidə tikinti aparanlardır. Təsisçisi və rəhbəri həbs edilən və tikinti işlərinin dayandırıldığı massivdə torpaq və mənzil alanların ödədiyi məbləğ siyahıya əsasən Hökməli bələdiyyəsi tərəfindən geri qaytarılsa da, fərdi ev tikintisi aparanlara tikintini pulu ödənilmir. 
Aksiyaçıların bildirdiyinə görə, onlara ancaq torpağın pulunun ödəniləcəyi və daha sonra tikintinin qiymətləndiriləcəyi bildirilib. Ancaq bunun müqabilində tikinti sahiblərindən əllərindəki sənədlərin təhvil verilməsi tələb olunub ki, tikinti sahibləri bununla razılaşmayıblar: “Bizə bildirilir ki, torpağın pulu ödəniləcək, ancaq tikinti daha sonra qiymətləndiriləcək. Lakin həmin qiymətləndirmənin hansı qaydaya uyğun aparılacağı bəlli deyil. Üstəlik torpağa ödədiyimiz vəsaitin geri qaytarılması üçün əlimizdəki torpağa aid sənədlər geri alınacaq. Sənədləri verdikdən sonra həmin torpaqdakı tikintinin bizə məxsus olduğunu necə sübut edəcəyik?”
Aksiyanın icazəsiz olduğunu bildirən polis ona müdaxilə edib. Nəticədə Vüqar Qurbanov adlı aksiyaşı xəsarət alıb. Daha bir nəfər isə saxlanaraq polis bölməsinə aparılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam