Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Qadın qatar bələdçiləri işdən çıxarıldı

 

 

 

 

        Onları vaqonların yararsız hala gətirməkdə suçlayıblar

 

 

      "xeberinfo.com": “Azərbaycan Dəmir Yolları” QSC 12 qadın bələdçini günahları olmadan işdən uzaqlaşdırıb. Kişi Qatar bələdçilərin göndərdikləri şikayət məktublarında qeyd edilir ki, 12 bələdçinin işdən azad edilməsi vaqonların yuyulması zamanı səhlənkarlıq nəticəsində yararsız hala düşüb. Məhz bu səbəbdən həmin qatar bələdçiləri işdən çıxarılıb. Buna görə də onlar işdən kənarlaşdırılıb.

       Bələdçilər iddia edirlər ki, vaqonların yararsız hala düşməsinin günahkarı rəhbərlikdir: “Qadın bələdçilərin işdən çıxarılması ortaya atılan bəhanəni kimə desən gülər. Vaqonu yumaqla onu yararsız hala gətirmək olar? 2 ay öncə yeni qatarlar gətirilmişdi. Ancaq hər səfərdən sonra həmin qatarlar yuyulur. Sonuncu səfərdən sonra isə yuyulmayıb. Çünki təmizləmə işlərinin aparılması üçün nəzərdə tutulmuş cihazlar işləmir. Həmin aparatlar uzun zamandır ki, işləmədiyi üçün bir çox qatarlar yararsız hala düşüb. Vaqonların daha yaxşı görsənməsi, üzərində olan pasın, çirkin daha yaxşı təmizlənməsi üçün sulfat turşusundan istifadə edilir. Bu cihazlar sulfat turşusunu öz qaydasında və miqdarında istifadə etdikləri üçün qatarlara ziyan dəymir. Amma bunu kortəbi yollarla edəndə vaqonlar yararsız hala düşə bilər, ancaq burada qadın bələdçilərion günahı yoxdur. 2 aydır ki, əsaslı təmirdən gətirilən vaqonlar bərbad vəziyyətdədir”.

 

     Məktub müəllifləri yazırlar ki, bələdçilərin vəzifəsi qatarları yumaq deyil: “Bələdçinin işi vaqonda səliqə-səhman yaratmaqdır. Yəni, oturacaqların tozun almaq, ağları dəyişmək, sərnişinə xidməti yüksək səviyyədə təşkil etməkdir. Ancaq bələdçilər işlərini itirməmək üçün rəhbərliyin göstərişini yerinə yetirməyə borcludurlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam