Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq müstəntiq dələduzluqla bağlı sorğu-sual olundu

Sabiq müstəntiq dələduzluqla bağlı sorğu-sual olundu

Baş Prokurorluq: “Rövşən Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb”

 

Göygöl Rayon Prokurorlugunun sabiq müstəntiqi Rövşən Əhmədov dələduzluq faktına görə başlanmış cinayət işi üzrə dindirilib.
Xeberinfo.com:  “Yeni Müsavat”a daxil olan məlumata görə, R.Əhmədovdan bir neçə şikayətçi var. O, tutduğu vəzifədən ayrı-ayrı vətəndaşların ondan hüquq-mühafizə orqanlarına şikayətindən sonra uzaqlaşıdırlıb. 
 
Belə ki, Baş Prokurorluğa şikayət edən vətəndaşlar bildiriblər ki, R.Əhmədov onlardan külli miqdarda pul alıb. Bundan sonra müstəntiq baş prokuror Zakir Qaralovun əmri ilə sərəncama göndərilib. Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Sabiq müstəntiq moderator.az-a bu barədə danışmaqdan imtina edib. 
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət edib. “Rövşən Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb. Dələduzluq faktına görə cinayət işi başlayıb. Rövşən Əhmədov şahid qismində dindirilib” - deyə sorğumuzu cavab olaraq bildilib. Qeyd olunub ki, Rövşən Əhmədova hər hansı ittiham irəli sürülməyib. Hazırda istintaq davam etdirilir.   
Xatırladaq ki, Rövşən Əhmədovun adı  bir il əvvəl Göygöldə qətlə yetirilən “qara kəmər” ustası Kamal Rüstəmovun qanını batırmaqda hallanıb. Belə ki, müstəntiqin icraatında olan cinayət işinin qeyri-obyektiv aparılması nəticəsində idmançı gənci qətlə yetirən cinayətkar dəstənin iştirakçıları məsuliyyətdən kənarda qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam