Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Sabiroğlunun oğluna cinayət işi açıldı

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.

Xeberinfo.com:  Məlumata görə, cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.

Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

R. Səfərov işdən azad ediləndən dərhal sonra Zərdab rayon Prokurorluğunda icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən kompleks yoxlamalara başlanıb.

Yoxlamaların nəticəsi olaraq baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam