Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VURUŞ TARİXİMİZİN “DİFAİ FƏDAİLƏRİ”

 

 

VƏ STEPAN ŞAUMYANIN TƏSDİQLƏDİYİ SOYQIRIM

 

Xeberinfo.com:   (Ardı)

...XIX əsrdə ermənilər Qərbi Azərbaycan torpaqlarında tam möhkəmləndikdən sonra  siyasi təşkilatlanmanı da başa çatdırdılar.  Terror qərarlarının vahid mərkəzdən idarə olunması, Azərbaycan türklərinin deportasiyası  üçün qondarma “faktların əsaslandırılması” erməni təşkilatlarının fəaliyyətində mərkəzi mövqedə dayanırdı. Çarizmin devrilməsi ərəfəsindəki qarışıq situasiya və Güney Azərbaycandakı narazılıqlardan erməni təşkilatları maksimum səviyyədə öz xeyirləri üçün yararlana bildilər. Elə bunun təsdiqidir ki, yaranmış “münbit şərait”dən istifadə etməyi planlaşdıran erməni terrorizminin deportasiya ilə soyqırımın eyni anda həyata keçirməsinin şahidi oluruq. Təsadüfi deyil ki, erməni terrorizminin əsas simalarından olan STEPAN ŞAUMYAN da dövrü xarakterizə edərkən belə vurğulayıb: “əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü”...Azərbaycan məzarlığa sürüklənirdi....  

1905-1907-ci illər ərzində ermənilərin gerçəkləşdirdikləri türk soyqırımında 260-dan yuxarı yaşayış məskəni yerlə-yeksan edilmiş, yüzlərlə insan ən qəddar üsullarla məhv  edimişdir. O zaman ermənilər tərəfindən dərc olunan “Mşak” (“Əməkçi”), “Ardzaqank”(“Əks-səda”),  “Nor dar”(“Yeni əsr”), “Bakvi dzayn”(“Bakının səsi”),  “Kayç”(“Qığılcım”) və digər mətbu orqanlarda türklərin soyqırımının həyata keçirilməsi konseptual şəkildə ortalığa qoyulmaqla yanaşı, həm də təhrikedici amillər də apaydın bir şəkildə təqdim olunub.

Bakı milyoneri MURTUZA  MUXTAROVun parası hesabına dərc olunan,  MƏMMƏD SƏİD ORDUBADİnin  özünün vurğuladığı  kimi  “müxbirlərin 254 məktubları əsasında ərsəyə gələn ” onun “Qanlı sənələr”(“Qanlı illər”) əsəri, həmçinin MİR MÖHSÜN NƏVVABın  “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixi” əsərləri həmin dövrün canlı salnamələridir. Eyni zamanda  “KASPİ” və “HƏYAT” , “PETERBURQSKİ VEDEMOSTİ” dərgiləri  də bu qəbildəndir.  İndiki nəslin o dövrün həqiqətlərini öyrənmələri üçün ən gözəl kitabsa  SABİR RÜSTƏMXANLININ “DİFAİ FƏDAİLƏRİ” romanıdır. UMUDLU SOYQIRIMI haqqında mən ilk dəfə bu əsərdən məlumat  oxudum.  Rüstəmxanlı dəsti-xəttini bəyənməyənlər  öz gizlədilmiş tariximizi Onun kitablarından öyrənə bilərlər. “DİFAİ FƏDAİLƏRİ”  hər bir soydaşımızın MASAÜSÜTÜ KİTABI OLMALIDIR...

Birinci soyqırımdan sonra, daha doğrusu 1910-cu ildən etibarən ermənilər aktiv şəkildə Azərbaycanda “vətəndaş müharibəsi”nin detallarını formalaşdırmağa başladılar. Nə acı həqiqət ki, bütün bu detallar, “vətəndaş müharibəsi” üçün zəmin BAKI İNQİLAB KOMİTƏSİndə hazırlanırdı. Adı çəkilən bu Komitənin 4 üzvündən biri də NƏRİMAN NƏRİMANOV idi. 1918-ci il soyqırımının (əslində bu syqırım 1912-ci ildən vüsət  götürmüşdü, sosialist inqilabından sonra da daha qəddar və daha intensiv hal aldı – müəllif)  törədilməsi və buna yönəli zəminin hazırlanmasında Nəriman Nərimanov aldadıldığını, səhv etdiyini 1919-cu ildə qələmə aldığı “BİZ QAFQAZA HANSI ŞÜARLA GEDİRİK?” məqaləsində aydın bir şəkildə etiraf edib....Nədənsə başqalarıyla müqayisədə  bizim  “dahilər”  daha çox səhv edirlər və səhv edə-edə də bizi bu günə qoyublar...

BİZİM TARİXİN ƏN BÖYÜK YANLIŞLIQLARINDAN BİRİ  də budur:  reallığı zamanında qələmə almadığımızdan, reallığı müştərək düşüncənin süzgəcindən keçirə bilmədiyimizdən sonradan bu reallıqlar ayrı-ayrı araşdırmalara qatılan baxış bucaqlarının fonunda  təqdim olunanda fakt müxtəlifliyi qarşısında oxucu çaş-baş qalır. Şübhəsiz ki, düşmən tərəf belə anlaşılmazlıqlardan maraqları naminə istifadə edə bilər...

Eyni bir hadisə, eyni bir məsələylə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu günün özündə də həmin proses davam edir. “Milli Qəhrəman”larımız (torpağı işğal altında, qız-gəlini əsirlikdə olan millətin oğlu hansı üzlə, hansı sifətlə bu ordeni sinəsində daşıyır, mən bilmirəm!!!!! Sayları da qalib ermənidə olandan belə  çoxdur!!!!-müəllif), Qarabağ veteranları, Qarabağ əlillərinin “öldürdükləri”nə inansaq, məntiqlə indiki Ermənistanda adam qalmamalıydı. Ancaq real faktlarda erməninin anasını ağladan Oğlanlarımız kifayət qədər olub və heç onlar danışmırlar da. Döyüşü uduzmağımız da müharibəni uduzmaq anlamına gəlməməlidir.

Elə Güney Azərbaycanda yaşayan soydaşlarımızın, Böyük Vətən Müharibəsində iştirak və həlak olanların sayının göstərilməsi də bu qəbildəndir....

1912-1918-ci illərdə ermənilər tərəfindən törədilən türk soyqırımıyla bağlı məlumatlarda da bunun şahidi oluruq. Bununla bağlı yekdil fikrin ortalığa qoyulması doğrudanmı Tarix İnstitutu üçün bunca çətindirmi? YAXUD, əgər belə bir yekun araşdırma mövcuddursa,  nədən  həmin monoqrafiyalarda qeyd olunanlar ictimailəşdirilmir, nədən orta məktəblərdəki  tarix kitablarında bunlar  qeyd olunmur!?  Bununla bağlı hərənin ağzından bir hava gəlir. Cürbəcür rəqəmlər səsləndirilir – hamısı da tarixçıdır, kimə inanasan, kimin “fakt”ını söykənc yerinə çevirəsən?...

Tarixçilərimizin ümumuləşdirilmiş araşdırmalarından bəlli olur ki, 1914-1918-ci illər ərzində təkcə Şamaxıda ermənilər 40 mindən artıq, Bakıda 18 min, Qubada 30 min türkü insanlığın xislətiylə uyuşmayan üsullarla məhv etmişlər. Ermənilər Quzey Azərbaycanla kifayətlənməyərək Güney Azərbaycanın Urmiya və ona yaxın yerlərində 150 mindən artıq türkün qanını içmişlər. Qubada, Xaçmazda, Lənkəranda,  Hacıqabulda, Salyanda, Gəncədə kütləvi surətdə amansız qətllər həyata keçiriblər. Ümumilikdəsə bu qətllər bütöv Azərbaycanı bürüyüb.

O zaman Şaumyan Şura hökuməti adına aldığı bütün silahları erməni millətindən olan sahibkarların zavodlarında gizlədir və lazımi an üçün daşnakları əl altından silahlandırırdı.  Şaumyan bu işi paralel olaraq ideoloyi müstəvidə də aparırdı. Ünlü aydınlarımızdan olan VƏLİ HƏBİBOĞLUnun yazdığına görə, “məhz o zaman Şaumyanın hər cür yardımına arxalanan “Bakinski Raboçi” qəzeti  hətta “Azərbaycan” sözünün özünü belə yaddaşlardan silməyə çalışırdı. Redaktoru Əmiryan olan bu qəzetdə Şaumyan öz millətçi mövqeyilə  soyqırımın hansı xətt üzrə həyata keçirilməsinin eskizini daşnaklara təqdim edirdi”.

İş o həddə çatır ki, hətta Leninin özü də Şaumyanın “Bakinski Raboçi” qəzetindəki milli məsələ ilə bağlı mövqeyini tənqid etmək məcburiyyətində qalır. LENİN YAZIRDI: “Rusiya marksistinə erməni toyuq hininə xidmət göstərən bir şəxs kimi fikir yürütmək eyib deyilmi? Siz erməni korluğunun sayəsində Pirişkeviçlərin və onların millətçilərinin əlaltılarına çevrilmisiniz”.

O dövrün qanlı hadisələrinin canlı şahidləri olan ƏLİABBAS MÜZNİBin “Bakıda millət müharibəsi”, keşləli MƏŞƏDİ HİLAL KAZIMOVun “İlk müharibə” kimi yazılarında  Şaumyanın və digər daşnak nümayəndələrinin qaniçənliyi barədə ətraflı yazılıb. Bu kontekstdə M.Ə.RƏSULZADƏnin, RƏŞİD BƏY  İSMAYILOVun, CAHANGİR  ZEYNALOĞLUnun, MİRZƏ  BALA MƏMMƏDZADƏnin, BƏXTİYAR  NƏCƏFOVun yazıb qoyduqları statistika da olduqca dəyərlidir. Statistikalardan o da məlum olur ki, 70 faizi ermənilərdən ibarət olan Bakı Kommunasının bütün resursları  demək olar ki, daşnakların ixtiyarında olub...   

1918-ci ilin mart qırğınları ayın 30-31-də və aprelin 1-də şiddətinə görə əvvəlkilərdən daha aqressiv olub. Və...və....və yenə də indi çoxlarının hədəfə çevirmək istədikləri türk qardaşlarımız Anadoludan, İstanbuldan, Ankaradan at belində çaparaq gəliblər, bizi rusun, erməninin zülmündən qurtarıblar. Sağ olsun, “mətbuatımızın magikanı” ŞİRMƏMMƏD MÜƏLLİMi, baxın, görün nə yazır:  “O zamankı  “Azərbaycan”  qəzetinin 31 mart 1919-cu il tarixli 147-ci nömrəsində ÜZEYİR HACIBƏYLİ yazırdı ki, Osmanlı türk qəhrəmanları vaxtında gəlməsəydilər, ümumazərbaycanda daş daş üstə qalmayacaqdı..Rus bolşevizmi araya “qraydanski  müharibə” salıb, çaylarca qanlar axıtdı”...O qanlı tariximizin həqiqətlərini bizlərə çatdırdıqlarına və bundan ibrət götürəcəyimizi umduqlarına  görə bütün DAHİLƏRİMİZə eşq olsun!..

Sonradan Azərbaycan Demokratik Respublikası  dövründə 31 mart  Milli Matəm Günü kimi qeyd olundu. Bu soyqırımını törədənlər haqqında M.Ə.RƏSULZADƏ sonradan Almaniyada nəşr etdirdiyi “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel nömrəsində yazmışdı: “Əlində Leninlə Stalinin 13 nömrəli Dekreti olan Şaumyan “Böyük Hayıstan” müqabilində “sovetizə” adı altında türkləri kəsirdi. Günün “qəhrəmanları” Şaumyan,  Andronik Ozanyan, Avakyan, Arakelyan,  Amazasp,  Lalayan, Saakyan, Əmiryan,  Ter-Mikaelyan və başqaları idilər.”....

Əslində bu SOYQIRIM  FAKTI Şaumyanın Moskvaya göndərdiyi  1918-ci il 13 aprel tarixli məktubunda da öz  TƏSDİQİNİ TAPIR: “Milli hisslərin (şübhəsiz ki, bir erməni olaraq Şaumyan erməni təəssübündən danışır- müəllif)  iştirakı vətəndaş müharibəsinə  MİLLİ QIRĞIN (seçmə bizimdir – müəllif) xarakteri vermişdir. Buna yol verməmək mümkün deyildir. BİZ BİLƏRƏKDƏN BUNA YOL VERDİK(seçmə bizimdir- müəllif)”. “Milli qırğın”da qırılanlarsa türklər idi...

“Azərbaycanın İstiqlal Mübarizəsi tarixi”ni yazmış HÜSEYİN BAYKARA həmin dövrün hadisələrilə bağlı belə yazır: “Bakıda özünün rəhbərliyi altında sovet hökumətini quran Şaumyan azəri türklərinə “sizə Azərbaycanın istiqlaliyyəti yerinə bir məzarlıq bəxş edəcəyəm” sözlərini tam açıq bir mətnlə bəyan edib”...

Bəli, zaman-zaman türk milləti bir məzarlığa sürükləndi. Ancaq nə yaxşı ən son anda belə QURTULUŞUMUZa qovuşmuşuq – QURD ÜRƏKLİ OĞLANLARın sayəsində. Bu gün də Rusiya-Ermənistan-İran üçbucağında Azərbaycan türkünü məzarlığa sürükləmək istəyirlər. Avropa da, Amerika da bu prosesdə erməninin yanındadır. Metodlar  bir az da təkmilləşib. Türk dünyasını içəridən sarsıtmağa çalışırlar. Çünki əsil Kişi Döyüçündə türkün qarşısında duruş gətirə bilməyəcəklərini yüzə yüz anlamaqdadılar. Ol səbəbdən də mənəviyyatımızı para hesabına öz  zorlanmış günlərinə salmaq istəyirlər. Və bu işdə QHT sektoruyla mətbuatın “gücü”ndən istifadə etmək deyəsən ən məqbul variant  kimi qəbul edilib. Bu gün Azərbaycan cəmiyyətində nələrin müzakirələrə çıxarılması, nələrin təbliğ olunması, nəlrin qabardılması və hansı mövzulara daxili qadağaların qoyulması deyilənlərə ayna tutmaq gücündədir.  Bax bu anda Türk Dünyasının TABUT ÖNÜNDƏ SÖZ DEYƏ BİLƏCƏK AYDINLARa ehtiyacı var – çıxışlarıyla bu milləti silkələyib, düşünməyə vadar edə bilsin ki, MİLLƏT ÖZÜNƏ qayıtsın. Biz ÖZÜMÜZ OLANDA BÖYÜK OLURUQ....Böyük olaq ki, kimsə bizi növbəti deportasiyalara, növbəti soyqırımlara məruz qoymaq haqqında heç düşünə də bilməsin......  

 

   İGİD  TEYMURLU 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam