Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Oazis”də polislərin poqonlarını qopartdılar

3

 

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan “Oazis” restoranında əsl döyüş filminin ssenarisi reallaşıb.
Xeberinfo.com:  Belə ki, martın 5-də saat 23.00-da restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Sputnik-ə Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Rayon Polis İdarəsinin əməkdaşları – 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar.
Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Amma saxlanılan şəxslər orda da sakit dayanmayıblar.
Bölmənin qarşısında onlar Fiat Doblo markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə hər üç davakarı polis əməkdaşları barmaqlıq arxasına salıblar.
Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram marixuana, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam