Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Polis 8 nəfəri həbs etdi

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda müxtəlif cinayət əməlinə görə saxlanılan şəxslərlə bağlı məlumat yayıb.

"Xeberinfo.com":   Həmin məlumata istinadən bildiririk ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Nicat Qurbanov tutulub. Bundan başqa Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 24-də E.Babayev küçəsində Bakı şəhər sakini, Alı Alıyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Xaliq Kələntərov tutulub.

Daha 6 nəfər isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb. Belə ki, Bakı şəhər BPİ NMİ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Alim Cavadovdan 0,173, 1964-cü il təvəllüdlü Əmrah Şeydayevdən 0,180, əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rüfət Babayevdən 0,169 və 1986-cı il təvəllüdlü Ramazan Şirəliyevdən isə 0,195 qram heroin götürülüb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Əli Zeynalovdan və əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Əmir Dəmirovdan 1 kiloqramdan artıq marixuana götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam