Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıtı boğan "Restoran"- VİDEO

 

 

Sumqayıt şəhəri 13-cu mikrorayon sakinləri ayağa qalxdı

 

Xeberinfo.com:  Onların narazılıqlarına səbəb isə restoran adı ilə tikilib zibil poliqonuna çevrilən bu tikilidir.Yerli sakinlərin sözlərinə görə, bu bina tikilən andan etibarən özü ilə min cür problemlər gətirib. Belə ki, tikintiyə başlayarkən qonşu bina sahiblərinin kanalizasiya boruları dağıdılıb. Nəticədə də ətraf üfünət iyinə qərq olub. Tikilinin həyəti isə məişət tullantıları içində itib-batır. Hətta bu yarımtikilidə dəfələrlə yanğınlar da olub. 

Mikrorayon sakini İlqar Qəmbərov deyir ki, 13-cu mikrorayon Mənzil Kommunal İstismar idarəsinin öz işçiləri də elə bütün zir-zibilləri məhz bura atırlar: "Sanki bura elə zibil atmaq üçün tikilib.

Yerli sakinlərin sözlərinə görə, bu məsələ bağlı dəfələrlə Sumqayıt Şəhər İcra hakimiyyətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət etmişik, lakin problemimiz elə problem olaraq da qalmaqdadır."

Məsələ ilə bağlı 15 saylı Mənzil Kommunal İstismar sahəsinin müdiri Məhəmməd Məhəmmədovla əlaqə yaratdıq. O bildirdi ki, “biz çalışdığımız qədər oranı təmiz saxlayırıq, lakin problemin həll olunması bizim yox, İcra Hakimiyyətinin öhdəliyinə düşür”.

Nəzərə alsaq ki, hələ qiş aylarıdır üfünət qoxusu bu qədər ətrafa tuğyan edib, demək, yayda burada yaşamaq müşkül məsələyə çevriləcək. Buna görə də tez bir zamanda bu məsələyə bir aydınlıq gətirilməlidir. (Bolgexeber.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam