Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ADY-nin mühəndisi qəza törətdi-FOTOLAR

 

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun xidməti avtomobillə sərxoş halda qəza törətməsi ilə bağlı iddialar yayılıb. 

Yenixeber.org-un məlumatına görə, hadisə nəticəsində avtomobilə ziyan dəydiyi, işıq dirəyinin aşdığı bildirilir. 

Məsələ ilə bağlı ADY-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq belə bir qəzanın baş verdiyi təsdiqləndi və faktla bağlı araşdırma aparıldığı əlavə edildi: “Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.

Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.

ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.(“Qafqazinfo”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam