Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İntihar edən diplomat Eldar Həsənovun dayısı oğlu imiş

126656_res_01

“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda müavin vəzifəsində belə bir adam işləməyib. İkincisi də ümumiyyətlə, XİN sistemində belə bir şəxs çalışmayıb”. 

Xeberinfo.com:   XİN-in mətbuat katibi Hikmət Hacıyev Musavat.com-a açıqlamasında bunları bildirdi.
Xatırladaq ki, yanvarın 22-də İstanbulda özünü güllələyərək intihar edən Fəxrəddin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini kimi təqdim edilib.  Türkiyə KİV-ləri xəbər verib ki, İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan F.Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açandan sonra özünü vurub.
H.Hacıyev isə bu şəxsin XİN-ə aidiyyatının olmadığını bir daha təkrarlayaraq əlavə etdi ki, onun təmsil olunduğu təşkilat ayrı bir beynəlxalq təşkilatdır: “Biz həmin təşkilatın adından danışa bilmərik. Beynəlxalq təşkilatın katibliyi ilə əlaqə saxlayıb onların mövqeyini öyrənə bilərsiniz. Amma əminliklə bildirirəm ki, xarici işlər sistemində belə bir adam çalışmayıb”.
XİN-dən dedilər ki, F.Əliyevin Azərbaycan vətəndaşı olması ilə bağlı məlumatlar var və bu istiqamətdə araşdırmalar davam edir.
Məlumat yayıldıqdan sonra bir sıra dairələrlə əlaqə saxlayıb bilgilər əldə etməyə çalışdıq. Lakin nə Azərbaycandakı, nə də Türkiyədəki mənbələrimiz müfəssəl məlumat verə bilmədilər.
Qardaş ölkədə yaşayan politoloq Toğrul İsmayıl dedi ki, bu hadisə barədə xəbərdardır. Lakin F.Əliyevlə hər hansı tanışlığı olmayıb.
2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı sabiq baş konsulu vəzifəsində çalışmış Səyyad Aran Musavat.com-un əməkdaşı ilə söhbətində bildirdi ki, onun dövründə konsulluqda belə bir adam işləməyib. Sabiq baş konsul “ilk dəfədir belə bir adam haqqında eşidirəm, odur ki, heç bir məlumatım yoxdur”-deyə, əlavə etdi.
Araşdırmalarımız zamanı öyrəndik ki, İslam Əməkdaşlıq Təşkilatına tabe olan bu strukturun mərkəzi ofisi İstanbulda yerləşir. Təşkilatın baş katibi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovdur.
Musavat.com mərhumun yaxınlarından biri ilə əlaqə yarada bilib. Adının çəkilməsini istəməyən yaxın qohum müxbirimizə bildirib ki, F. Əliyev XİN sistemində işləmirdi: “O, İstanbulda yaşayırdi və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik”.
Mərhum Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.
Bir önəmli detal da budur ki, Fəxrəddin Əliyev Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun dayısı oğludur. Eyni zamanda, o, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla da bacanaqdır.

Allah rəhmət etsin.

******

 

“Fəxrəddin Əliyev adlı bir şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin sistemində çalışmır.”
Bunu Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışdığı iddia edilən diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə Türkiyə KİV-lərində yayılmış məluamatlara münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.

a4d3f2ee1c1644974fe0cdf4c0514ba6
***

Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.

Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.
Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.
İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib. Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib. Vitualaz.org hadisə barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Azərbaycan XİN-lə əlaqə saxlamağa çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam