Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Daha bir diplomatın maxinasiyaları

 Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Şəhriyar Ağayev diplomat adına yaraşmayan işlərlə məşğul olur.

Xeberinfo.com:   Xaricdəki Azərbaycan diplomatlarının peşə etikasını pozmasına dair bu növbəti məlumat haqqin.az saytına oxuculardan birindən daxil olub.

Oxucu yazır ki, həmin diplomat öz davranışı və maneraları ilə Azərbaycan dövlətinin imicinə zərər vurur.

Bəs Ş.Ağayev hansı əməllərin sahibidir ki, özü barədə bu fikirlərin yaranmasına səbəb olub?

Belə məlum olur ki, o, Azərbaycanın Almaniyadakı səfirliyində işləyərkən “qazanc götürmək məqsədi ilə qanunsuz kommersiya sövdələşmələri” ilə məşğul olub. Məsələn, xidməti vəzifələrindən sui-istifadə edərək guya səfirliyin ehtiyacı üçün Duty Free-dən alkoqol, tütün və parfümeriya məmulatları sifariş edib. Daha sonra həmin malları öz kanalları vasitəsilə sataraq qazanc götürüb.

Habelə, Ağayev azərbaycanlı məmurlar üçün kommersiya daşınmaz əmlakın alınmasında açıq vasitəçilik edib. Diplomat öz işi ilə də məşğul olubmu, bunu bilmirik. Ancaq o, öz xidməti vəzifələrindən istifadə edərək hazırda Almaniya, Türkiyə və Çində yaşayan keçmiş Azərbaycan vətəndaşlarına müxtəlif cür xidmətlər göstərib. Belə xidmətlər isə, təbii ki, əvəzsiz olmayıb.

Ancaq bu ranqda diplomat belə xırda işlərlə məşğul olmaqdan bezib və diplomat statusundan istifadə edərək pul qazanmağın yeni yolunu fikirləşib. O, diplomatik yük adı altında müxtəlif mallar alıb və həmin malları həyat yoldaşı internet-mağaza üzərindən satıb. İnstagram-a, Facebook-a göz gəzdirməklə bu alverin izlərinə rast gəlmək olar.

Diplomatımız bir az da uzağa gedərək brendi saxtalaşdırmaq sövdələşməsinə girib. O, hazırda boşandığı keçmiş həyat yoldaşı ilə məşhur brendləri saxtalaşdırıb. Çində istehsal edilən malları saxta brend adı altında onun adına rəsmiləşdiriblər və hər hansı gömrük rüsumları ödənmədən Bakıya daşıyıblar. İstisna deyil ki, bu mallar Bakı butiklərində satışa çıxarılıb.

Bildirilir ki, Ağayevin faliyyəti barədə vaxtilə MTN-ə rəsmi şikayət ərizəsi də daxil olub. Ancaq diplomatın peşə fəaliyyətinə uyğun gəlməyən işlərlə məşğul olmasına dair faktların ortada olmasına baxmayaraq, Eldar Mahmudovun “kontoru” onun barəsində araşdırma başlatmayıb.

Ağayev hazırda boşanıb və Azərbaycanın Avstriyadakı səfirliyində bir ranq yuxarı vəzifə tutmaqdadır. Bildirilir ki, həmin ölkədə qalma müddəti başa çatandan sonra diplomat Avropa ölkələrindən birində qalıb yaşamaq üçün saxta nigaha girməyə hazırlaşır. Yəni o, Azərbaycana dönmək fikrində deyil. Ola bilsin ki, həm də qanun qarşısında cavab verməkdən qorxduğuna görə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam