Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sarkisyan Azərbaycan dilində danışdı-“Haralısan?”

Sarkisyan Azərbaycan dilində danışdı

 

 

Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib

 

Yenixeber.org: Erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.

Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.

Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi  ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.

Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.

Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.

Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: “Haralısan?”. Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam