Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Səfirliyin əməkdaşı qaçaqmalçılığa görə saxlanıldı

 

Türkiyənin xarici ölkələrdəki iki diplomatik nümayəndəliyinin əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə qaçaqmalıçılıq həyata keçirərkən saxlanılıb.

"Xeberinfo.com":   Məlumata görə, saxlanılanlardan biri Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşıdır.

“Tərəf” qəzetinin yazdığına görə, diplomatlardan biri bu il martın 4-də saxlanılıb. Türkiyənin İranın Urmiyə şəhərindəki baş konsulluğunun A.İ. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə sərhədi keçərək öz ölkəsinə daxil olub.

Avtomobil sərhəddə yoxlanılmayıb. Lakin polisə daxil olan əməliyyat məlumatı əsasında A.İ.-nin avtomobili Vanın Ercis qəsəbəsində saxlanılıb.

Axtarış zamanı avtomobildə böyük miqdarda heroin tapılıb. Həmin diplomat həbs edilib. Fakt Türkiyə ictimaiyyətindən gizli saxlanılıb.

İkinci diplomat isə Azərbaycanın Gürcüstanla sərhədində saxlanılıb (hadisənin bu yaxınlarda baş verdiyi göstərilir, ancaq dəqiq tarix deyilmir).

Türkiyənin Bakıdakı səfirliyinin O.A. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycana daxil olub. Bu zaman onun avtomobilində yüzlərlə yeşik qaçaq siqaret aşkar edilib.

Həmin personal haqqında Azərbaycan tərəfi müvafiq tədbir görüb və onu persona-non qrata elan edib. Türkiyə tərəfi isə səfirliyin işçisini XİN sistemindən kənarlaşdırıb.

Qəzet yazır ki, bundan əvvəl Türkiyənin Asiya və Afrikadakı diplomatik təmsilçiliklərində də buna bənzər hallar olub. Bu faktlar Türkiyə XİN-i ciddi narahat edib və xaricdəki diplomatik təmsilçilikdə genişmiqyaslı araşdırma başladılıb. Ancaq bu araşdırmalar və nəticələri gizli saxlanılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam