Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

3 generala qarşı həbs dalğası

Vasif-T

Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Xeberinfo.com:   Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyi 3 gün əvvəl MR-in keçmiş Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (Hansısa səbəbdən bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan Ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb. Əməliyyata şəxsən Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib. Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.

naxcivan02

Bu sensasiyalı hadisə ilə bağlı məlumatlandıran mənbə bildirib ki, Gömrük Komitəsinin sədri Asəf Məmmədov MR Ali Məclisinin sədri ilə danışmağa cəhd etsədə, hazırda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyədə olan Vasif Talıbov onun zənginə cavab verməyib. Bundan sonra A.Məmmədov qardaşına cinayət işinin açılmaması, cinayətin ört-basdır olunması üçün DİN-lə anlaşmağa cəhdlər edib.

Naxçıvanda 3 generalın ən yaxın ətrafından ibarət bu dəstənin ifşası əməliyyatının təşərrüatı və “üçlüyün” həbsinin motivləri ilə bağlı şokedici məlumatlar yaxın saatlarda yazıya əlavə olunacaq.

BİZİ İZLƏYİN!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam