Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Generalın xidməti maşını əlindən alındı

 

Son gülər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb.

Xeberinfo.com:   Yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı BMW markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib.

Bildirilir ki, artıq bir aya yaxındır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yoxlanılır və ciddi qanun pozuntuları aşkarlanıb. Mustafayev barədə rəsmi qərarın verilməməsi isə yoxlamala işlərinin tam yekunlaşmamasıyla bağlıdır.

Qeyd edək ki, general ətrafında müəmmalı olaylar bir müddətdir ki, başlayıb. Dekabrın sonlarında K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayılıb.

Eyni zamanda Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qalması barədə məlumatlar dolaşır. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilsə də, onun deputatlıq fəaliyyətinin ömrü qısa olub. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın Ali Məclisə buraxılmadığına yasaq qoyulub.

Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Digər məlumata görə, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub. (AzNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam