Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Kərəm Mustafayevin ətrafında gizli həbs dalğası

Kərəm Mustafayevin ətrafında gizli həbs dalğası
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin ətrafında həbslər başlayıb, müəmmalı proses gedir.

 

Xeberinfo.com:   Ötən ilin son günlərində K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayıldı. Müdafiə Nazirliyinin mətbuat xidmətindən K.Mustafayevin həbs xəbərinə reaksiya verildi, onun həbs olunmadığı açıqlandı. Lakin rəsmi açıqlamada generalın qardaşının həbs xəbərinə münasibət bildirilmədi. 

Bu arada Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qaldığı xəbəri yayılıb. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Aza Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilib. Amma İ.Mustafayeva deputat kimi çox az fəaliyyətdə ola bilib. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın fəaliyyəti məhdudlaşdırılıb. Onun Ali Məclisə buraxılmadığı da gələn məlumatlar sırasındadır. İ.Mustafayeva deputat seçilənə qədər Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsini daşıyıb. Onu postundan ötən il dekabrın əvvəllərində Vasif Talıbovun verdiyi sərəncamla uzaqlaşdırıblar. Artıq Tibb Kollecində yoxlamaların aparıldığı xəbəri də var. 
Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Təsadüfi deyil ki, keçmiş gizir olan E.Rzayev polkovnik rütbəsinə qədər yüksələ bilib. Azpolitika.info yazır ki, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub. 

Naxçıvan ordusunda cəzalandırmaların nə ilə bağlı olduğu haqda dəqiq məlumat olmasa da, böyük ehtimalla bunların Kərəm Mustafayevin qardaşı, uzun illərdir MR-də hərbi üçün aparılan təmir-tikinti, quraşdırma işlərinə rəhbərlik edən Nemət Mustafayevin saxlanılması ilə bağlı son günlər yayılan xəbərlərlə əlaqəsi var. Nemət Mustafayevin böyük həcmli maliyyə mənimsəmələrinə görə saxlanıldığı bildirilsə də, bu barədə heç bir rəsmi açıqlama və ya təkzib verilməyib. Lakin Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisinin həbsi bu məlumatların heç də əsassız olmadığının sübutu sayıla bilər. Sayt yazır ki, Nemət Mustafayev “şəxsi məsələyə görə” saxlanılıb, lakin bir neçə gündən sonra sərbəst buraxılıb. 

“Yeni Müsavat” əməkdaşını bilgiləndirən mənbə deyib ki, Naxçıvandakı hərbi hissələrdə bütün tikinti işlərinə uzun illər K.Mustafayevin qardaşı nəzarət edib. Mustafayevlərin problemləri N.Mustafayevin əndazəni aşan hərəkətlərə yol verməsindən sonra başlayıb. Belə ki, Nemət Mustafayev hərbi hissələrdən birində yüksək rütbəli hərbçilərdən birini təhqir edib. Yaranmış mübahisə zəminində N.Mustafayevə yumruq zərbəsi endirilib. Mübahisə Ali Məclisin sədri Vasif Talıbova çatdırılandan sonra ən ciddi şəkildə yoxlanılması tapşırılıb. N.Mustafayevi vuran hərbçi saxlanılıb. Amma sonradan azad edilib. Həmin zabitin Müdafiə Nazirliyində yüksək post tutan generallardan biri ilə yaxşı münasibətləri olduğu deyilir. Bu qalmaqaldan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Onun tikintidə yol verdiyi yeyintilər rəsmiləşdirilib.

Yeri gəlmişkən, K.Mustafayevə etimadın azaldığını ehtimal etməyə əsas verən daha bir fakt: dekabrın 30-da MR Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissəyə baş çəksə də, K.Mustafayev onu müşayiət etməyib. Hər halda, rəsmi agentliyin yaydığı fotolarda Əlahiddə Ordunun komandanı görünməyib. 
Mövzunu davam etdirəcəyik. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam