Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

NAXÇIVAN ORDUSUNDA HƏBSLƏR!

naxcivan

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda həbslər var.

Xeberinfo.com:  Məlumata görə,  bu barədə “AzPolitika.info”ya Naxçıvandakı hərbiyə yaxın mənbədən siqnal daxil olub.

Əməkdaşımız ilkin məlumatla bağlı araşdırma apararkən dəqiqləşdirə bilib ki, bir neçə gün əvvəl həbs olunan yüksək rütbəli zabitlərdən biri Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisi polkovnik Elşad Rzayevdir. E.Rzayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Təsadüfi deyil ki, keçmiş gizir olan E.Rzayev polkovnik rütbəsinə qədər yüksələ bilib. Polkovnik Rzayevin həbsinin səbəbləri ilə bağlı konkret məlumat əldə etmək mümkün olmayıb.

Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov isə təcili qərarla vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.

kerem

Naxçıvan ordusunda cəzalandırmaların nə ilə bağlı olduğu haqda dəqiq məlumat olmasa da, böyük ehtimalla bunların Kərəm Mustafayevin qardaşı, uzun illərdir MR-də hərbi üçün aparılan təmir-tikinti, quraşdırma işlərinə rəhbərlik edən Nemət Mustafayevin saxlanılması ilə bağlı son günlər yayılan xəbərlərlə əlaqəsi var. Nemət Mustafayevin böyük həcmli maliyyə mənimsəmələrinə görə saxlanıldığı bildirilsə də, bu barədə heç bir rəsmi açıqlama və ya təkzib verilməyib. Lakin Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisinin həbsi bu məlumatların heç də əsassız olmadığının sübutu sayıla bilər.

Məlumatlı bir başqa mənbə isə “AzPolitika”nın sorğusuna cavab olaraq Nemət Mustafayevin “şəxsi məsələyə görə” saxlanıldığını, lakin bir neçə gündən sonra sərbəst buraxıldığını desə də, təfərrüat barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin ətrafında hansısa xoşagəlməz proseslərin getdiyi haqda ilk dəfə “AzPolitika.info” məlumat yayıb.

K.Mustafayevin qardaşının həbsi xəbərindən sonra Əlahiddə Ümumqoşun Ordusunda həbslərin başlaması belə bir prosesin olduğunu bir daha təsdiq edir.

Naxçıvandakı həbs xəbərləri ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin mövqeyi təqdim olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam