Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovun daha bir "qurbanı" üzə çıxdı

“Ölkəmdən, vətənimdən didərgin düşmüşəm. Azərbaycana qayıda bilmirəm, hələ də anlamıram ki, mən hansı cinayəti törətmişəm“

Xeberinfo.com:   Məlumata görə, bunu virtualaz.org saytına Cəlilabad rayonu, Uzun təpə kənd sakini, hazırda Ukraynada yaşayan iş adamı 38 yaşlı Seymur Rzayev bildirib. S.Rzayev MTN-ə çağırılmasından və orada hansı üsullarla şantaj olunmasından danışıb.

Onun sözlərinə görə, uzun illər ticarətlə məşğul olub. O, İrandan Rusiyaya, Ukraynaya və digər ölkələrə mal aparıb satmaqla dolanıb. Ötən ilin mart ayının 22-də atasının ağır xəstə olduğunu öyrənən S.Rzayev İrandan Azərbaycana keçərkən saxlanılıb və Astara Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verilib.

 “Mənə dedilər ki, sizə “stop” qoyulub. Sənədlərimi aldılar və martın 30-da Milli Təhlükəsizlik Nazirliyində olmağımı bildirdilər. Martın 30-da Milli Təhlükəsizlik Nazirliyinə getdim. Orada mənə 15 nəfər Azərbaycan vətəndaşını Kazanda girov saxlamaqda və onlara işgəncə verməkdə ittiham olunduğumu dedilər. Çaşıb qalmışdım, nə deyəcəyimi bilmirdim”-S.Rzayev bildirib.

Şikayətçinin sözlərinə görə, onun Kazanda dostları, biznes ortaqları olsa da onlarla heç vaxt problemi olmayıb. Yəni ortada nə bir sübut olub, nə də zərərçəkən:  “Kimə işgəncə verdiyimi soruşdum, həmin şəxslərlə məni üzləşdirmələrini istədim.  Dedilər ki, sən qorxulu adamsan, ona görə də həmin şəxslər səninlə üzləşməkdən imtina edirlər. Sonradan öyrəndim ki,  Kazanda işləyən dostlarımı çağırıb mənim əleyhimə ifadə verməyə məcbur ediblər. Amma onlar mənim əleyhimə ifadə verməyiblər”.

S.Rzayevin bildirdiyinə görə, onu 12 saat MTN-də saxlayıblar, bir neçə dəfə sorğu-sual ediblər. Nəhayət 12 saatdan sonra onu buraxıblar. Deyiblər ki, “get sabah çağıracağıq”.

“Məcbur olub özümə vəkil tutdum. Vəkil dəfələrlə MTN-ə gedib istəsə də on gün bizi qəbul eləmədlər. Sonradan özləri zəng vurub məni çağırdılar. Bakıda evimi, maşınımı satdırdılar,  120 min manatdan çox pulumu aldılar, amma yenə də əl çəkmədilər”-şikayətçi deyir.

İş adamı bildirir ki, MTN-də ona hədə-qorxu gəliblər, əgər deyilənlərlə razılaşmasa sonunun yaxşı olmayacağını bildiriblər: “MTN əməkdaşları reketçilik eləyib hədə-qorxu ilə pulumu aldılar. Bu adamlara görə mənim ailəm dağıldı. Xarici pasportumda çoxlu möhürlər var idi. Tez-tez başqa ölkələrə gedib-gəlirdim deyə elə biliblər ki, imkanlarım genişdir.  Mənə dedilər ki, üstünə silah da qoya bilərik, narkotik də, nə istəsək eləyərik.  Özlərini də təqdim etmədilər. Bu günə qədər də onların adlarını bilmirəm. Amma telefon nömrələri var, həmin nömrəylə mənimlə əlaqə saxlayırdılar. Hətta onlardan biri “biz heç kimik, bizə tapşırıq veriblər, biz də verilən tapşırığı yerinə yetiririk” deyirdi”.

S.Rzayevin sözlərinə görə, o, Rusiya prezidenti Putinə müraciət edərək ondan sığınacaq istəyib: “Atam xərçəng xəstəsi idi. Onu vaxtında İrana əməliyyata  apara bilmədim, çünki pasportum MTN əməkdaşlarında idi, ölkədən çıxa bilmirdim. Ötən həftə atam vəfat etdi. Atamın ölüm xəbərini Ukraynada aldım. Atamın ölümünün səbəbkarı MTN əməkdaşlarıdır. Vaxtında imkan versəydilər onu  əməliyyat etdirərdim. Altı ay ərzində ölkədən çıxa bilmirdim, pasportumu istəyirdim vermirdilər. Sonradan yeni pasport aldım və ölkəni məcburi şəkildə tərk etdim. Rusiya prezidenti Putinə müraciət etmişəm, ondan sığınacaq istəmişəm. Çünki mənim gedəcək yerim qalmayıb”.

İş adamı deyir ki, ona qarşı heç bir cinayət işi açılmayıb.  Üzləşdiyi haqsızlıqlarla bağlı hətta baş prokurorluğun qarşısında intihar etmək istəyib: “Özümü yandırmaq istəyirdim.  Prokurorluqda mənə dedilər ki, sən bu işdə şahid qismində keçirsən. Hara getdimsə işimi daha da ağırlaşdırdılar. Mən prokurorluqdan imdad istədim, götürüb yenidən məni MTN-ə verdilər. Axı heç bir cinayət törətməmişəm.  Mən neyləmişəm? Adam öldürmüşəm?  Əgər qanuni şəkildə mənə “stop” qoyulmuşdusa, cinayətkar idimsə ölkədən necə buraxdılar? Bu altı ay ərzində niyə həbs etmədilər. Baş verənlərlə bağlı İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə, baş prokurorluğa, ölkə başçısına dəfələrlə məktubla müraciət etmişəm”.

S.Rzayev mətbuat vasitəsilə general-leytanant Mədət Quliyevə müraciət edib: “Cənab general! Sizdən artıq dərəcədə xahiş edirəm bu işi dərindən araşdırın, mənə kömək edin. Mənim heç bir günahım yoxdur. Öz ölkəmə dönmək istəyirəm. Ümidim sizədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam