Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili jurnalisti və saytı məhkəməyə verdi

deputat ayten

Milli Məclisin deputatı, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarovu və Strateq.az saytını məhkəməyə verib.

Xeberinfo.com:  Məlumata görə, deputatın məhkəməyə müraciətinə səbəb isə parlament seçkiləri zamanı – oktyabrın 21-də  16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarovun MSK-ya ünvanladığı şikayət məktubu və bu məktubun Strateq.az saytında yayılmasıdır. (Məhkəməyə səbəb olmuş yazı ilə buradan tanış ola bilərsiniz:  “16 saylı dairədə qalmaqal: Aytən Mustafayevanın namizədlyinin ləğvi ilə bağlı MSK-ya müraciət edildi”)  Qısaca bildirək ki, məhkəmə predmetinə çevrilmiş bu yazıda Taleh Şahsuvarov həmin dairədən rəqibi olan Aytən İnqlab qızı Mustafayevanın namizədliyinin ləğv olunması üçün kifayət qədər əsasların olduğunu iddia edərək, rəsmi şəkildə MSK sədri Məzahir Pənahova müraciət ünvanlayıb və sayt da Taleh Şahsuvarlının bu müraciətini yayıb.  İndi deputat Aytən Mustafayeva Taleh Şahsuvarovu məhkəməyə verərək, ona böhtan atıldığını iddia edib və 100 min manat təzminat ödənilməsini, Strateq.az saytından isə təkzib verməsini tələb edir.  Deputatın bu iddiası üzrə dekabrın 29-da Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədovun hakimliyi ilə hazırlıq iclası keçirilib.  Cavabdeh Taleh Şahsuvarov məhkəməyə yazılı vəsatət təqdim edərək, iddia ərizəsində yaşadığı və işlədiyi ünvanların doğru göstərilmədiyini bildirərək, prosesin Yasamal rayon məhkəməsində keçirilməsinə etiraz edib. Buna baxmayaraq, məhkəmə vəsatəti rədd edib və növbəti prosesin yanvarın 22-də keçirilməsini qərara alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam