Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir məntəqənin nəticəsi ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Xeberinfo.com:   Məlumata görə, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınan Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev və həmin dairədən bir neçə namizəd MSK-ya müraciət edərək həmin dairədə bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.


İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və yalnız həmin dairə üzrə 29 saylı seçki məntəqəsində səsvermənin etibarsız hesab edilməsi üçün əsas yaranıb. Digər məntəqələrlə bağlı edilən şikayət isə öz təsdiqini tapmadığı üçün təmin edilməyib.

Daha sonra 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınmış Yaqub Babalı, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmış İlhamiyyə Rzayevanın və digərlərinin müraciətlərinə baxılıb. Müraciətlər qanunvericiliyə uyğun tərtib edilmədiyi, təqdim olunan sübutlar mötəbər hesab edilmədiyi və əsassız hesab edildiyi üçün təmin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam