Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

2 nazirliyin 30 əməkdaşı işdən çıxarıldı

2abec71f-9980-42cd-974a-8d2154dd1fa6_292Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı yaş həddinə görə vəzifədən azad olunub.

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə “Report”un sorğusuna cavab olaraq adıçəkilən nazirliklərin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edilir: “Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 əməkdaşı yaş senzinə görə işdən azad olunub”.
Məlumatda qeyd olunub ki, 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər: “Nazirliyin bir neçə əməkdaşının 65 yaşı tamam olmasına baxmayaraq, tutarlı səbəblərdən onların işdə qalmaları müəyyən müddətə uzadılıb”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş senzinə çatan nazirliyin 3 əməkdaşının əmək müqaviləsinə xitam verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam