Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

General ötən il 23 yol polisini işdən qovub

 

2014-cü ildə ərzində xidmətində yol verdiyi ciddi nöqsanlara görə Bakıda 23 yol polisi daxili işlər orqanlarında xidmətdən xaric edilib, 11 nəfər isə tutduğu vəzifədən azad olunub

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
2014-cü ildə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 322 əməkdaşı barəsində xidmət dövründə yol verdiyi müxtəlif nöqsanlara görə intizam tənbeh tədbirləri görülüb. Bunlardan 72 nəfəri zabit, 255 nəfəri sıravi əməkdaşlardır.
İl ərzində xidməti dövrdə yol verdiyi ciddi nöqsanlara görə 4 zabit, 19 sıravi əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2 zabit, 9 sıravi əməkdaş tutduğu vəzifədən azad olunub.
Bundan əlavə 2 zabit, 4 sıravi əməkdaş öz arzusu ilə, 4 zabit, 3 sıravi əməkdaş isə yaş həddinə görə daxili işlər orqanlarında xidmətdən azad edilib.
Eyni zamanda, xidməti vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə İdarənin 173 əməkdaşı mükafatlandırılıb. Onlardan 74 nəfəri zabit, 99 nəfəri isə sıravi əməkdaşlardır. Həmçinin «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq 165 nəfərə xüsusi rütbələr verilib.
Ötən il ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müxtəlif məzmunlu 3915 müraciət, ərizə və şikayət daxil olub. Daxil olmuş 3045 şikayətə baxılan zaman onlardan 97-si əsaslı hesab edilib və xidmətində nöqsanlara yol vermiş yol polisi əməkdaşları barəsində müvafiq tədbirlər görülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam