Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

İnstaqramda tanış olduğu qadın kişi çıxdı -Ağlagəlməz fırıldaq

Bakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb.

Yenixeber.org-un məlumatına görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir instaqram sosial şəbəkəsində qadın adı ilə profil açıb. O, sosial şəbəkədə klinikalardan birinin həkimi olan və “BakuBus” MMC-yə təhkim edilmiş E.Əliyevlə tanış olub. Özünü “Nigar” adı ilə təqdim edən və əsl kimliyini gizlədən Samir tanış olduğu şəxslə isti münasibətlər qurmağa başlayıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Samir onu aldadaraq 150 min manata yaxın pul alıb: “BakuBus”da işləyərkən boş vaxtım çox olurdu, başımı qatmaq üçün instaqrama daxil olurdum. Həmin vaxt təsadüfən qarşıma «aygu.11262» profili çıxdı, özüm də bilmədən həmin profilə təqib yolladım. İki gün sonra həmin səhifədən mənə “salam” mesajı gəldi. Qarşı tərəflə aramızda virtual ünsiyyət yarandı. Mən instaqramda “Akif” adı ilə qeydiyyatdan keçmişdim. Mesaj yazan şəxs 39 yaşlı, Nigar adlı xanım olduğunu, anasının əslən gürcüstanlı, atası Xəyyam Əliyevin isə göyçaylı olduğunu, anasının öldüyünü, atasının məşhur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTN-də şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasının Çita şəhərində işlədiyini, əri “Feyruz”un “Azal”da pilot kimi çalışdığını, 11 yaşında oğlunun, 9 yaşında qızının olduğunu dedi”.

E.Əliyevin sözlərinə görə, onunla qadın kimi danışan şəxs ailədəki bəzi problemlərini də dilə gətirib: “Nigar” mənə ərinin birlikdə işlədiyi stüardessa ilə ona xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını bildirmişdi. Bundan sonra aramızda isti münasibətlər yarandı. Mənimlə görüşüb intim münasibətdə olacağını dedi. Nigar bu formada ərindən ona xəyanət etdiyinə görə qisas almaq istədiyini yazırdı. Mən də Nigarın təklifini qəbul etdim. Nigar ərinin ondan şübhələnməməsi üçün görüşə rəfiqəsi ilə birgə gələcəyini də bildirmişdi”.

Zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, özünü Nigar kimi təqdim edən Samir İsmayılov ilk bir ildə ondan müxtəlif adlarla 70 min manata yaxın pul alıb. O, inandırıcılığın yaranması üçün kişiyə tanışı olan qadının fotolarını göndərib. E. Əliyev bildirib ki, arvadının qızıllarını satıb, bankdan kredit götürərək “Nigar”ın dediyi kartlara pul göndərib. O, atasının Rusiyadan gələcəyini və aldığı pulları qaytaracağını bildirib: “Bir müddət sonra “Nigar” mesaj yazaraq atasının zəng edəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra özünü Nigarın atası kimi təqdim edən şəxs vatsap proqramı vasitəsilə Rusiya nömrəsindən zəng edərək Xəyyam Əliyev olduğunu, Nigarla aramızda olan yazışmadan, Nigara maddi tərəfdən köməklik etməyimdən xəbərdar olduğunu deyərək təşəkkür etdi. “Nigar”ın atası telefon danışığı zamanı məni qızı ilə evləndirəcəyini, qurduğu biznesə şərik edəcəyini dedi. Bir müddət sonra “Xəyyam” zəng edərək Bakıda tikintidə bədbəxt hadisə nəticəsində fəhləsinin öldüyünü, bu hadisəyə görə 130 000 manat xərclədiyini və bu işdə köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt onun dediyi bank kartına pul yolladım. “Xəyyam Əliyev”lə mobil telefonla danışsam da, onunla şəxsən görüşməmişdim. Bundan sonra klinikadan işdən çıxdım, iş yerimdə bir nəfər şəxslə aramda münaqişə olmuşdu. İşsiz olduğum üçün “Nigar”ın atasına zəng edib iş tapmaqda köməklik göstərməyi xahiş etdim. 2005-ci ilədək Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həkim-narkoloq vəzifəsində işləmişdim, orada rəhbərliklə aramda olan münaqişəyə görə “xidməti uyğunsuzluq” maddəsi ilə ədliyyə orqanlarından xaric edilmişdim. Bu haqda “Nigar”a yazmışdım. O isə bu haqda “atası”na deyib. Həmin “ləkə”ni şəxsi işimdən sildirmək üçün “Xəyyam Əliyev” 4000 manat pul istədi”.

Araşdırmalar zamanı məlum olub ki, həkimi aldadaraq külli miqdarda pul alan “Nigar” və atası “Xəyyam Əliyev” əslində Samir İsmayılov özü olub. E.Əliyev başına gələnlər barədə polis orqanlarına müraciət etdikdən sonra S.İsmayılov barədə cinayət işi açılıb. E.Əliyev 150 min manata yaxın zərərə düşdüyünü bildirsə də, istintaqa həmin məbləğdən xeyli az ödənişin qəbzini təqdim edə bilib.

Təqsirləndirilən şəxs Samir İsmayılov da ifadəsində törətdiyi əməlləri etiraf edib. Onun E.Əliyevlə “Nigarın atası” kimi danışarkən Rusiya və ABŞ nömrələrindən istifadə etməsi müəyyənləşib.

Həmçinin məlum olub ki, o, dələduzluq yolu ilə aldığı pulları mərc oyunlarına qoyub və demək olar ki, hamısını uduzub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin may ayında çıxardığı hökmlə Samir İsmayılov 178.3.2-ci maddə ilə təqsirli bilinib. Ona 7 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, Samir İsmayılov özünü keçmiş MTN zabiti İlqar Əliyevin qardaşı oğlu kimi təqdim etsə də, onun uzaq qohumu olması da məlum olub.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam