Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı -SƏBƏB

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı -


Ötən həftə Mərkəzi Bankın qərarı ilə ləğv olunan “Muğan Bank” ASC -nin vəzifəli şəxsləri Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çağırılıb.

Yenixeber.org: Bildirilib ki, “Muğan Bank”ın vəzifəli şəxsləri bu həftə ərzində adıçəkilən idarədə dindiriləcək.

Qeyd edək ki, “Muğan Bank” “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığı əsas gətirilərək ləğv edilib.

***

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bank rəhbərliyində təmsil olunan şəxslər daha əvvəl açılmış cinayət işi üzrə prokurorluğa çağırılıb.

Mətbuatda “Muğan Bank”ın Mingəçevir filialının sabiq rəhbərinə qarşı cinayət işinin açılması barədə məlumat verilib. Həmçinin daha əvvəl də bankla bağlı oxşar xəbərlər yayılıb.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam