Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kredit qalmaqalına görə bank işçisi öldürülüb

 

“KredAqro” bank olmayan kredit təşkilatının Bərdə filialında kredit mütəxəssisi vəzifəsində çalışan Anar Ələkbərov müxtəlif şəxslərin adına kredit götürərək Tərtər Hərbi Məhkəməsində baş məsləhətçi işləyən uşaqlıq dostu Tural Şəfiyevlə bölüb. Kreditin vaxtında ödənilmədiyi üçün dostlar arasında narazılıq yaranıb.

"Xeberinfo.com":   Hər iki dost məsələnin həll edilməsi üçün görüşüblər, mübahisəyə yoldan keçən şəxs də qatılıb. İnsident nəticəsində Anar Ələkbərov qətlə yetirilib, Tural Şəfiyev isə həbs olunub. Lakin Tural Şəfiyevi müdafiə edən vəkil işə ədalətli baxılmadığını, buna görə də meyitin ekshumasiya olunmasını tələb edir. Bu barədə virtualaz.org saytına vəkil Elçin Əliyev məlumat verib.
Vəkilin sözlərinə görə, müdafiə etdiyi Tural Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb: “Anar Ələkbərovla Tural Şəfiyev arasında 2013-cü ilin əvvəllərində müxtəlif şəxslərin adlarına götürdükləri kreditlərin ödənilməsi zamanı aralarında mübahisə yaranıb. Tural Anara krediti ödəməkdə köməklik təklif edib. Lakin Anar bununla razılaşmayıb. Hətta Tural mübahisəni Anarın əmisinə məxsus çayxanada sakitcə həll etməyi təkid edib. Amma mərhum Anar Ələkbərovun təkidi ilə Bərdə-Ağcabədi yolunun 19-cu km-də yerləşən Yuxarı Qarabağ su kanalının sahilinə gəliblər. Anar Turalı döysə də Tural ona xəsarət yetirməyib. Onlar mübahisə edən zaman təsadüfən yoldan keçən “ZİL-130” markalı avtomaşının sürücüsü Adil Bəbişov Anarı sakitləşdirməyə çalışıb. Mərhum isə Adil Bəbişovu söyüb. Bu səbəbdən də sürücü ona zərbələr endirib”.
Vəkil deyir ki, ittihamda Anar Ələkbərovun baş-beyin və bədəninin digər nahiyələrinə zərbələr vurularaq qəsdən öldürüldüyü qeyd olunub: “Tural aldığı zərbələr nəticəsində yerə yıxılıb. Adil Bəbişovla Anar hadisə yerindən uzaqlaşıblar. Tural Adil Bəbişova çatanda Anarın onun yanında olmadığını görüb. Adil Anarın su kanalına düşdüyünü bildirib. Tural Anarı öldürməkdə təqsirli bilinir, halbuki Anarın axtarılmasında iştirak edib, onun kanala düşməsi haqqında yaxınlarına özü məlumat verib”.
Sözügedən cinayət işi üzrə məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Tural Şəfiyev 13 il 9 ay, Adil Bəbişov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarından narazı qaldığını deyən vəkil işə ədalətli baxılmadığını iddia edir: “Turalla Anar uşaqlıq dostu olublar. Onların arasında ədavət, düşmənçilik olmayıb. Anar Ələkbərov “КredAqro” bank olmayan kredit təşkilatının Bərdə filialından tanışlarının adlarına rəsmiləşdirməklə müxtəlif məbləğlərdə kreditlər götürərək müştərək qaydada Turalla öz aralarında bölüşdürüblər. Qarşılıqlı razılaşmalarına əsasən götürülmüş həmin kreditlərdən öz paylarına düşən hissəyə görə ödəniş ediblər. Lakin bir müddət sonra Anar öz payına düşən kreditlə bağlı ödəniş etməyib. Bank isə kreditlərlə bağlı araşdırma aparıb. Buna görə də Anar işdən çıxarılıb”.
Vəkil meyitin ekshumasiya edilməsini, işə yenidən baxılmasını və Tural Şəfiyev barədə çıxarılılan hökmün ləğv edilməsini istəyir.
Bu vəziyyət bir daha göstərir ki, ölkəni kredit qalmaqalları bürüyüb. Kimi intihar edir, kimi öldürülür. Bunda isə bankların və kredit təşkilatlarının da rolu az deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam