Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Vidadi Bərdəlinin oğluna hökm oxundu - 13 il 6 ay

Vidadi Bərdəlinin oğluna hökm oxundu
Qətldə təqsirləndirən mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Xeberinfo.com:   Lent.az-a istinadən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Tural Allahverdiyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənninin oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam