Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dövlət Neft Fondunun icraçı direktoruna təhlükə

 

Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsindəki uğursuzluqlar icraçı direktorun ayağına yazıla bilər

"Xeberinfo.com":   Məlumata görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun karyerasına təhlükə yaranıb. “Azadlıq”a daxil olan məlumatda iddia olunur ki, Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasında arda-sırda buraxılan yanlışlar Şahmar Mövsümovu hədəfə gətirib. Məlumat üçün deyək ki, Dövlət Neft Fondu qızılın ucuzlaşmasından 103,2 milyon dollar itirib. 2014-cü ilin sonunda Dövlət Neft Fondu 30 ton qızıl yığıb, bu da onun aktivlərinin 5 faizi qədər olmalı idi. 1 iyul 2015-ci il üçün fondun aktivləri əvvəlki ilə nisbətən 3,56 faiz azalaraq, 35,78 mlrd. manat olub.
Bundan başqa, Dövlət Neft Fondu 2015-ci il iyulun 1-dən ümumi məbləği 3 milyard yuan ($483 milyon) olmaqla Çin yuanına investisiya qoyub. Bu ilk investisiya qoyuluşudur. 3 milyard yuana qədər investisiya üçün Çin Mərkəzi Bankından (ÇMB) lisenziya 2014-cü ildə alınıb və ÇMB ilə müvafiq müqavilələr imzalanıb. Dövlət Neft Fondu iyunun 12-də Çin Fond Bazarında indekslər yeddiillik maksimuma çatdıqdan sonra yuana sərmayə qoymağa başlayıb. Son ildə bazar 150 faiz artıb.
Lakin bundan dərhal sonra bu Fond Bazarı görünməmiş tənəzzül fazasına qədəm qoyub. Beləliklə, Dövlət Neft Fondunun bu addımı da uğursuzluqla nəticələnib.
Dövlət Neft Fondunun daşınmaz əmlakda xeyli vəsait itirib. Fond 2012-ci ildə Moskvadan 133 milyon ABŞ dolları müqabilində Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi almışdı. Hazırda həmin obyekt dəyərinin üçdə birini itirib. Son qiymətləndirmələrə görə, ticarət mərkəzinin hazırda bazar dəyəri 5 milyard 687 milyon rus rubldur. Bu da təxminən 90 milyon dollar edir. Beləliklə, əmlak 3 ildə dəyərini 43 milyon dollar itirib.
Bu məlumatı iqtisadçı ekspert Samir Əliyev mətbuata açıqlayıb.
Doğrudur, bütün bu addımlar Şahmar Mövsümovun özfəaliyyəti deyil. Lakin məlumatda deyilir ki, fondun icraçı direktoru bu uğursuzluqların qurbanı kimi “vurula” bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam