Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

"Azərbaycanı Liviyanın gününə salmaq istəyirsiniz?"

 

Xəbər verildiyi kimi, iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yay sessiyası zamanı Azərbaycanda demokratik institutların vəziyyətinə dair hesabat müzakirə olunub.

"Xeberinfo.com":  AŞ PA məruzəçiləri Tadeuş İvinski və Pedro Arqamuntun hazırladığı hesabat səs çoxluğu ilə qəbul edilib. Müzakirələr zamanı Azərbaycanın ünvanına bəzi parlamentarilər tərəfindən haqsız tənqidlər də səsləndirilib.

Məlumata görə, müzakirələrdə AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, səlahiyyətləri bu ilin yanvarında başa çatan maltalı Jozef Debano Qrex də çıxış edib. O, Azərbaycanın  insan haqlarına və demokratiyaya görə yenidən AŞ PA-da müzakirəyə çıxarılmasından narazılığını ifadə edib.

Debano Qrex deyib ki, İlham Əliyev hakimiyyətinə qarşı hücumları anlamır: “Çünki o hakimiyyətdə olmasa neft və qazla zəngin olan Azərbaycanı Liviya və ya İraqın aqibəti gözləyir”.

“Mən 9 ildir AŞ PA-nın üzvüyəm və müzakirə mövzusu həmişə Azərbaycan olur. Nə baş verirsə versin, ancaq Azərbaycan mövzusudur. Sovet İttifaqıın tərkibində olan ölkələrin əksəriyyətinin adı burada çəkilmir, ancaq Azərbaycanın adını çəkirlər. Mən demirəm ki, Azərbaycan ideal ölkədir, əksəriyyətimizə də məlum olduğu kimi, bu ölkə mükəmməl deyil. Ancaq heç bir ölkə mükəmməl deyil, hətta burada, Qərbi Avropanın özündə belə”- deyə Debano Qrex qəzəbli çıxışında bildirib.

Keçmiş məruzəçi Ukraynanı, Liviyanı, İraqı misal göstərib: “Bizim Ukrayna ilə bağlı problemlərimiz var, orada xaos hökm sürür. Mən özüm Aralıq dənizi ölkəsindənəm və diktatorların tərəfində deyiləm. Hamı istəyirdi ki, Qəzzafidən, Səddam Hüseyndən azad olsun. İndi Qəzzafidən yaxa qurtardıq, Səddamdan yaxa qurtardıq. Əvəzində nə əldə etdik? Yalnız xaos!”

Nitqinə davam edən maltalı deputat daha sonra deyib: “Nədir, biz Azərbaycanda xaos istəyirik? İlk dəfə mən Azərbaycan üzrə məruzəçi təyin olunanda həmkarım cənab Aqramuntla ora getdim və müxalifətlə, QHT təmsilçiləri ilə görüşdüm. Onların istədiyi yeganə şey bu idi ki, biz hökuməti devirək. Mən dedim ki, biz bunu edə bilmərik; Avropa Şurası hökumətlərin devrilməsində iştirak etmir, bu, bizim işimiz deyil. Bizim işimiz bu ölkələrə daha demokratik olmaqda kömək etməkdir”.

Debano Qrex deyib ki, AŞ PA deputatları 20 il əvvəl müstəqil olan keçmiş sovet respublikasının  demokratikləşmə məsələsində Qərblə bərabər olmasını gözləməli deyil.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam