Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı həmməruzəçi qərəzindən qurtula biləcəkmi?

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası Azərbaycan üzrə yeni həmməruzəçinin seçilməsi ilə də yadda qaldı.

Maltadan olan deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri bitdiyi üçün yeni seçki keçirildi. Komitə üzvləri polşalı deputat Tadeuş İvinskini Azərbaycan üzrə həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəklədilər.



"Xeberinfo.com":  Məlumata görə, T. İvinski 1994-cü ildən Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir.



AŞPA-nın Azərbaycan üzrə həmməruzəçi postu daim qalmaqalla yadda qalıb. Xüsusilə keçmiş həmməruzəçi Andres Qross anti-Azərbaycan mövqeyi ilə məşhur idi. Azərbaycana qarşı daim “siyasi məhbus” məsələsi ilə gündəmə gələn Qross bu sessiyada da keçmişi unutmadı. O, Azərbaycanda “siyasi məhbus” probleminin mövcudluğunu dilə gətirdi. Təbii ki, Qrossun bu iddiaları artıq AŞPA-da ciddiyə alınmır. Xüsusilə də “siyasi məhbus” terminin mahiyyətini hələ də müəyyən edə bilməyən Avropa belə məsələlərə görə Azərbaycan kimi güclü tərəfdaşlarını itirmək istəmir.



Lakin həmməruzəçilərin Azərbaycan üçün “başağrısı” olduğu da faktdır.



A. Qrosdan sonra həmməruzəçi təyin olunan Qrex sələfi qədər qərəzli olmasa da, ümumi abu-hava ona da təsir etmişdi və o da bəzən Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilirdi.



Bu baxımdan, növbəti həmməruzəçinin Bakıda necə qarşılandığı maraqlıdır.



AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva Publika.az-a açıqlamasında yeni həmməruzəçidən obyektivlik gözlədiklərini bildirib: “Azərbaycan dialoq və əməkdaşlıq üçün açıq ölkədir. Əməkdaşlıq çərçivəsində həmməruzəçidən əsas tələbimiz açıq və konstruktiv olmasıdır. Hər məsələdə olduğu kimi məruzəçidən obyektiv olmağı, reallığı görüb etiraf etmə bacarığı gözləyirik”.



S. Fətəliyeva Tadeuş İvinskini təcrübəli siyasətçi kimi xarakterizə edib.



“İvinski uzun illər AŞPA-da çalışıb. Onun təcrübəsinin məruzəçi kimi fəaliyyətinə də təsir edəcəyini düşünürəm” , - deyə nümayəndə heyətini üzvü bildirib.



Nümayəndə heyətinin digər üzvü Fazil Mustafa Publika.az-a açıqlamasında Tadeuş İvinskini Azərbaycanı tanıyan, uzun illər parlament təcrübəsi olan, AŞPA-nın ən stajlı deputatlarından biri kimi təqdim edib: “Biz onunla birlikdə Serbiyada prezident seçkilərini müşahidə etmişik. 7 dildə sərbəst danışan çox istedadlı adamdır. Obyektiv yanaşması ilə tanınır, xüsusi qərəzli davranışları olmayan bir personadır. Hər halda obyektiv bir məruzə hazırlayacağına əminliyim böyükdür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam