Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Gerçək soyqırımı Xocalıda törədilib”

 

"Xeberinfo.com":  APA-nın məlumatına görә, bunu Milli Mәclisin 1-ci vitse-spikeri Ziyafәt Әsgәrov qondarma "ermәni soyqırımı"na dünya ictimaiyyәtinin reaksiyasına münasibәt bildirәrkәn qeyd edib ki, Türkiyә prezidenti, baş naziri sәviyyәsindә dәfәlәrәlә müraciәt edilib ki, Osmanlı dövlәti vaxtından qalan bütün arxivlәr açıqdır, araşdırılması üçün komissiya yaradılsın:
 
"Burada hәm Türkiyәdən, hәm Ermәnistandan, hәm dә digәr ölkәlәrdәn tarixçilәrin iştirak edә bilәcәyi deyilir. Araşdırsınlar ki, belә bir hadisә, soyqırımı, olub, ya yox. Buna o zaman son nöqtә qoyula bilәr ki, tarixçilәr fikrini bildirsin. Amma bunu siyasi alәtә çevirib, şantaj elәmәk vә ayrı-ayrı yerlәrdә qәbul etdirmәk işinin perspektivi yoxdur. Ermәnilәrin tam әksәriyyәti bilir ki, soyqırımı olmayıb. Amma real soyqırımı Xocalıda olub. Dünәn AŞPA-da da azәrbaycanlı deputatlar bu mәsәlәni bir daha qaldırdılar. Niyә Xocalıya münasibәt bildirilmir?. Bu, real faktdır, soyqırımıdır. Burada faktlar, şahidlәr mәlumdur. Audio, video, foto var. Amma 1915-ci ildә hansısa hadisәyә dәlil, sübut olmadan soyqırımı deyilir, real hadisәlәrә soyqırımı deyilmir. Bu da ikili standartların tәzahürüdür. Kimin sәviyyәsindә deyilmәsindәn asılı olmayaraq, belә bir yanaşmanın perspektivi yoxdur".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam