Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Həmsədrlər prezidentilərin görüşünü təşkil etməyə çalışır"

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı şəhərcikdə olub.

"Xeberinfo.com":  Öncə səfir Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovla görüşüb. Sonra qonaqlar şəhərcikdə məcburi köçkün uşaqlarının tərbiyə aldığı uşaq bağçasına baş çəkiblər.

Səfir bildirib ki, Kəlbəcərdən olan məcburi köçkün ailəsi ilə söhbətdən aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsi mücərrəd və abstrakt bir münaqişə deyil.

“Bu münaqişənin humanitar tərəfləri, yəni fəsadları var. Biz söhbət əsnasında bunun şahidi olduq. Bu, dondurulmuş münaqişə adlansa da heç də belə deyil. Təmas xəttində hər gün insan itkiləri baş verir” - deyə diplomat vurğulayıb.

Səfir bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar: “Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır” (APA).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam