Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Elman Nəsirli:"Müharibə hər an başlaya bilər”

 

“Bazel danışıqlarında əsas diqqət mərkəzində atəşkəs rejiminin pozulmasının aradan qaldırılması və prezidentlərin yenidən görüşmələrini təşkil etməkdir”. 

"Xeberinfo.com":  Bunu  dekabr ayının 4-5-də İsveçrənin Bazel şəhərində ATƏT-in Xarici işlər nazirləri şurasının toplantısını şərh edən politoloq Elman Nəsirli deyib. 

O, bildirib ki, toplantıda həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri iştirak edəcək. Politoloqun sözlərinə görə, bu dəqiqələrə olan məlumata görə həmsədrlər Bazel görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçiriblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün tvitter səhifəsində qeyd edib: 
“Bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, xarici işlər nazirlərinin görüşü ilk növbədə danışıqlar gedişində prezidentlərin növbəti görüşünü təşkil etməkdir. Xüsusilə də Ermənistan tərəfinin məlum helikopter avantürasından sonra hadisələrin gedişatı göstərdi ki, həmsədrlərin güman etdiyi kimi münaqişə heç də dondurulmuş deyil. Bundan başqa, iyul ayının sonu, avqust ayının əvvəlində ermənilərin Azərbaycanla sərhəddə törətdiyi hərbi insident bir daha onu göstərir ki, hər an hərbi əməliyyatların başlanması, münaqişənin müharibəyə transformasiyası mümkündür. Bu gün həmsədrlər onun fərqindədrilər ki, bu ilin oktyabr ayında Paris də təşkil etdikləri prezidentlər səviyyəsində 1999-cu ildən bəri sayca 50-ci görüş müharibənin başlanmasını ehtimalını heç də azlatmayıb. Bu hadisə hər an baş verə bilər. Xüsusilə, Paris danışıqlarının ardınca Ermənistanın helikopter avantrasına getməsi dediklərimizi bir daha təsdiqləyir. Odur ki, Bazel danışıqlarında əsas diqqət mərkəzində o olacaq ki, necə etsinlər ki, atəşkəs rejiminin pozulması aradan qalxsın və prezidentlərin görüşünün keçirilməsi üçün əsas olsun”. 

Politoloqun sözlərinə görə, Azərbaycanın dövlət başçısı dəfələrlə qeyd edib ki, bizim nətcəsi olmayan danışıqlara getmək niyyətimiz yoxdur. O, hesab edir ki, Ermənistanın müddətsiz, permanent danışıqlar praktikasını qəbul etmirik:
Ona görə də hesab edirəm ki, Bazel danışıqlarından xüsusi, diqqəti cəlb edə biləcək fövqaladə bir şey gözləmək yersizdir. Hesab edirəm ki, bu görüşün əsas məqsədi həmsədrləri rahat edir. Bu görüşlərin ardınca müəyyən müddət atəşkəs rejiminin kəskin şəkildə pozulması və hərbi əməliyyatların başlaması ehtimalı aşağı düşür. Bu baxımdan prezidentlər səviyyəsində görüş onlar üçün hava-su kimi lazımdır.Hələ ki, Moskvadan bununla bağlı heç bir təklif yoxdur. Avqust ayının sonunda Rusiya prezidenti Vladimer Putin Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edərkən belə bir mövqe bildirdi ki, bu ilin payızında növbəti dəfə o, prezidentlərin görüşünü planlaşdırır. Hələ ki, yeni bir məlumat yoxdur. Həmsədrlər Parisdə bəyən etmişdilər ki, BMT-nin Baş Məclisinin 2015-ci ilin sentyabr ayındakı növbəti toplantısında onlar prezidentin növbəti görüşünü keçirmək istəyirlər. Hadisələrin çox sürətlə inkişafı xüsusilə Ermənistanın törətdiyi son insident ona dəlalət edir ki, sentyabr ayına kimi gözləməyə əsas yoxdur, daha erkən prezidentlər səviyyəsində görüşə həmsdərlər israrlı olacaqlar”-deyə Elman Nəsirov bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam