Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Şərif Əsədullayevin imici zədələnib, istefa verməlidir”

 

“Daxili işlər orqanları kimi ciddi bir qurumda rəhbər vəzifədə olan şəxs öz övladının öhdəsindən gələ bilmirsə, öz övladının həbsini xahiş edirsə, burda yaxşı heç nə yoxdur. Bu, həmin general haqqında da istər-istəməz mənfi imic yaradır. Əgər oğlunun həbsini general özü xahiş edibsə belə, bu nəyi dəyişir ki? Övladın pis işi ataya heç vaxt başucalığı gətirmir. Əgər kimsə fərqli cür düşünürsə, bu onun öz işidir. Hamı eyni cür düşünə bilməz ki…”

"Xeberinfo.com":  Məlumata görə, bunları hüquqşünas Əyyub Kərimov moderator.az saytına açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsinə münasibət bildirərkən deyib. Hüquqşünasın fikrincə, bu həbsi generalın özünün istədiyi barədə iddialar doğru olsa da, bu onu mənəvi məsuliyyətdən azad etmir:

1428874182_sherif_esede“Polis generalının vəzifədən uzaqlaşdırılması gündəmə gələ də, gəlməyə də bilər. Lakin istənilən halda onun imici ciddi şəkildə zədələnib. Bu şəxs DİN-nin əsas idarələrindən birinin rəisidir. Bu, xırda sahə deyil. İndi özünüz düşünün: Onun oğlu xuliqanlıq və ya hər hansı bir maddə ilə həbs olunubsa, bu barədə mətbuat yazırsa, daha sonra onun məhkəmə prosesi keçirilirsə, məsələ ictimailəşirsə, o, rəhbərlik etdiyi kollektivdən nə tələb edə bilər? Yaddaşım məni aldatmırsa, ötən il Bakı Şəhər Prokurorluğunda da bir hadisə baş vermişdi. Rəhbər vəzifədə təmsil olunan şəxslərdən birinin övladı internetdə avtomobillərini nümayiş etdirmişdi və nəticədə həmin rəhbər şəxs istefa verərək vəzifədən getmişdi. İndi sözügedən polis rəisi vəzifədən azad edilməsə də, tutduğu postdan özü də istefa verərək gedə bilər.
İnsan alverinə qarşı mübarizə çox incə bir sahədir. Bu sahəyə istər əxlaqi, istərsə də digər sahələrlə bağlı heç bir problemi olmayan şəxs rəhbərlik etməlidir. Şəxsən mən belə düşünürəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam