Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Generalın adam bıçaqlayan oğlu məhkəməyə verilib

 

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib.

"Xeberinfo.com":  Məlumata görə, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, “Azərkabel” ASC, “Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, T.Əsədullayevin oğlu mətbuatın gündəminə Bakıdakı “Senator” restoranında törətdiyi hadisə ilə gəlib. Dünən axşamdan isə ölkə KİV-lərində və sosial şəbəkələrdə T.Əsədullayevin restoranda törətdiyi hadisənin görüntüləri yayılıb.

Xatırladaq ki, restoranda baş verən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. T.Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub

“Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam