Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Deputat Cavanşir Paşazadə bacısı oğlunun həbsindən danışdı

 

“General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirərək təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil”

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Modern.az saytına açıqlamasında deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib.  
C.Paşazadə Tamerlan Əsədullayevin törətdiyi hadisənin mətbuatda geniş işıqlandırılmasına  belə münasibət bildirib.
“Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa,  fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm.  Şərif Əsədullayev oğlunu götürüb özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm”.
Bir neçə gün öncə Bakının Yasamal rayonundakı “Senator” restoranında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb, bir nəfər bıçaqlanıb. 
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.
Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə adam bıçaqlamaqda təqsirli bilinən Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşır Paşazadənin bacısı oğludur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam