Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiyada miqrantlar üçün şərtlər daha da ağırlaşır

 

Rusiyada yaşamaq və işləmək, müvəqqəti qeydiyyatdan keçmək istəyən miqrantlar üçün rus dili, tarix və hüquq üzrə kompleks test mürəkkəbləşdiriləcək.

"Xeberinfo.com":  Xezerxeber.com-un xəbərinə görə, bunu Rusiya Xalqlar Dostluğu Universitetinin xarici tələbələr üzrə prorektoru Anjela Doljikova bildirib. Onun sözlərinə görə, testə beş yeni sual əlavə ediləcək və xaricilər həmin suallara cavabları özləri yazacaqlar. Xaricilər üçün leksik minimum da artırılacaq və 1250 rus sözünə çatdırılacaq.

Mənbənin məlumatına görə, ilin əvvəlindən bütün Rusiya üzrə 440 min miqrant kompleks imtahan verib və onların 95%-i müvafiq sertifikat alıb. İş icazəsi almaq istəyənlər üçün imtahanın tam qiyməti 4900 rubl (87 dollar) təşkil edir, amma miqrant yaşamaq icazəsi almaq istəyirsə 5300 rubl (94 dollar) ödəməlidir. Bir sıra ucqar regionlarda isə imtahanın qiyməti daha yüksəkdir, məsələn, Norilskdə 25 min rubl (440) təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam