Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Uşaq pulu məsələsi hökumətdə müzakirə edilib” -Komitə sədri

“Uşaq pulu məsələsi hökumətdə müzakirə edilib” -    Komitə sədri
"Uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır".

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, sovet vaxtından qalan uşaq pulunun məbləği o qədər az idi ki, heç verilməməsi ondan yaxşı idi:

"Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verə bilərik. Komitəyə deputatları dəvət edirəm ki, gəlin işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam