Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Robert Koçaryan buraxıla bilər-2 milyon dollar girovla

 Koçaryan 20018-ci il 1 və 2 mart iğtişaşları ilə bağlı konstitusiya quruluşunu devirməkdə ittiham olunur

Yenixeber.org: Ermənistanda apelyasiya məhkəməsi sabiq Ermənistan prezidenti Robert Koçaryanın vəkillərinin vəsatətini təmin edib. Məhkəmə Robert Koçaryanın 2 milyard dram (təxminən 4,16 milyon dollar) məbləğində girovla həbs-qətimkan tədbirini ölkəni tərk etməmək haqqında iltizamnamə ilə azadlığa buraxmaqla əvəzləmək barədə qərar qəbul edib.

Koçaryan girov haqqı ödənildikdən sonra azad ediləcək.

Ermənistan Baş Prokurorluğu Apelyasiya Məhkəməsinin qərarını mübahisələndirəcəyini bildirib.

Daha əvvəl birinci instansiya məhkəməsi vəkillərin vəsatətini təmin etməmişdi. Apelyasiya məhkəməsi öz qərarı ilə Yerevan ümumi yurisdiksiya məhkəməsinin hakimi Anna Danibekyanın 13 may tarixində qəbul etdiyi Koçaryanın həbsdə qalması haqqında qərarını qismən ləğv etmiş olur.

Koçaryanın vəkilləri girov məbləğinin "Ermənistan məhkəmələri praktikasında misli görünməmiş" hesab edir, lakin mübahisə etmək niyyətində olmadıqlarından haqda bir söz deməyiblər.

Daha əvvəl Koçaryanın vəkilləri onun keçmiş Ermənistan baş nazirləri Vazgen Manukyan, Xosrov Harutyunyan, Karen Karapetyan və tanınmamış "DQR sabir baş naziri" Anuşavan Danielyanın zəmanətləri və 500 min dram (təxminən 1000 dollar) girovla qətimkan tədbiri dəyişmək haqında vəsatət vermişdilər.

                                     Koçaryan nədə ittiham olunur?

Robert Koçaryan 1-2 mart 2008-ci il iğtişaşları ilə bağlı konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin cinayət işi üzrə həmçinin o zaman müdafiə naziri Seyran Ohanyan, baş qərargah rəisi və müdafiə naziri müavini olmuş Yuri Xaçaturov və keçmiş prezident administrasiyasının rəhbəri Armen Gevorqyan da ittiham olunurlar.

2008-ci il prezident seçkilərində Serj Sarkisyanın qələbəsini tanımayan müxalifətin iki həftə davam edən fasiləsiz etiraz aksiyaları hökumət qüvvələri tərəfindən dağıdılarkən nümayişçilərlə qarşıdurma nəticəsində 1 və 2 mart günləri 10 nəfər həlak olub, yüzlərlə insan xəsarət almışdı.

Koçaryan 2019-cu il iyunun 25-dən həbsdədir.

                                          Bundan əvvəlki məhkəmələrdə nə baş vermişdi?

Ötən ilin noyabrında Yerevan ümumi yurisdiksiya məhkəməsində hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən prosesdə sabiq Ermənistan prezidenti Robert Koçaryanı girovla azad etmək vəsatəti təmin edilməmişdi.

Daha əvvəl isə Koçaryanın vəkilləri məhkəməni onun istintaqın gedişinə mane olmayacağına inandırmağa çalışaraq, xatırlatmışdılar ki, daha əvvəl o, müttəhim statusunda 5 ay azadlıqda olarkən nə gizlənməyə cəhd edib, nə də istintaqa maneələr törədib.

Koçaryan isə öz çıxışında əmin etmişdi ki, "Hamıdan çox ədalətli məhkəmədə" onun özü maraqlıdı: "Mənim üçün burada durub və inandırmağa çalışmaq ki, qaçmaq və istintaqa əngəllər törətmək niyyətində deyiləm, xoş olmayan bir haldır. Bu, mənim tərcümeyi-halıma ziddir... Kim nə deyir - desin, mən təkrar etməyə məcburam ki, ədalət məhkəməsindən qaçınmayacağam. Bir halda ki, ədalətli məhkəmədə hamıdan çox maraqlı olan mənəm", - məhkəmə prosesi izləyən Yerevan müxbirimiz xəbər verir.

Koçaryanın işi ilə bağlı bütün məhkəmə proseslərində iştirak edən kiçik oğlu Levon Koçaryan qərarın "gözlənilməz olmadığını" bildirmişdi.

O hesab edir ki, "atası mövcud hakimiyyət tərəfindən siyasi təqibə məruz qalır" və məhkəmə "sifariş yerinə yetirir".

"Hakim Danibekyandan ədalətli qərar gözləmək sadəlövhlük olardı. Bu da onun növbəti qeyri-qanuni qərarı idi", - Levon Koçaryan məhkəmədən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, Koçaryanın ailəsi haqqında son 10 il ərzində mətbuatda "nə yalan deyəsən ki, yazılmasın".

"İllərlə KİV-lər bizim ailəmizi aidiyyətimiz olmayan müxtəlif bizneslərlə əlaqələndirib, ailəmizə dair mənfi ictimai rəy yaradılıb", - o deyib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam