Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya İqtisadi Forumuna etiraz və...-Sürixdə

İsveçrənin Sürix şəhərində hazırda Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) etiraz edənlərlə polis arasında toqquşmalar olub.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, pirotexniki vasitələrdən və yandırıcı maddələrdən istifadə edən etirazçılara qarşı polis qüvvələri təzyiqli su, rezin güllə və gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.

“Sürix WEF-ə qarşı” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis və sakinlər arasından bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Etirazçılardan üçü həbs olunub. Bir neçə yüz nəfərin iştirak etdiyi etiraz yürüşünə rəsmi icazə verilsə də, polis radikal xarakter alan yürüşə müdaxilə etməli olub.

Etiraz aksiyasının əhatə etdiyi marşrut üzrə küçələrdə yaşayış binalarına, dükanlara və avtomobillərə ziyan dəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam