Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çin ordusu Şimali Koreya sərhədlərinə göndərilir –Təlatümöncəsi narahatlıq


 
       

 Çin Ordusu Şimali Koreya sərhəddinə çox sayda zirehli texnika və əsgər göndərir.
Yenixeber.org: Bu hərbi hərəkətliliyin səbəbi açıqlanmır.
Yaxın günlərdə Çin ordusunun bu ərazidə hərbi təlim keçirməsi də gözlənilmirdi. 
Bilinən bir məsələ var ki, Şimali Koreya diktatoru Kim Çen İnin səhhəti ilə bağlı müəmmalar hələ də davam edir.
Ürəyindən əməliyyat olunan diktator aprelin 11-dən bəri ortalıqda görünmür. Kim Çenin hətta ölmüş ola biləcəyi də istisna deyil.
Onu da qeyd edək ki, 38 yaşlı diktator əməliyyata girdiyi ərəfə Şimali Koreya üçün çox önəmli tarixi dövrə təsadüf edirdi. 4 gün sonra, yəni aprelin 15-də Şimali Koreyanın ən mühüm dövlət bayramlarından sayılan “möhtəşəm doğum günü - Kim Çenin babasının ad günü olacaqdı. Şimali Koreyada bu gün xüsusi təmtəraqla qarşılanır və ölkə rəhbərinin həmin tədbirdə iştirakı vazkeçilməz siyasi-ritual ənənəyə çevrilib. Milli bayrama 4 gün qalmış diktatorun əməliyyata girməsi səhhətindəki problemin gözlənilmədən üzə çıxdığını və təxirəsalınmaz olduğunu təsdiqləyir. 
Bir sözlə, Çin ordusunun Şimali Koreya sərhədlərinə toplanması qonşu dövlətdə qeyri adi hadisələrin – iğtişaşların yaşana bilməsi ehtimalından qaynaqlana bilər. Unutmayaq ki, uzun illər boyu sərt hərbi-polis diktaturası altında əzilən Şimali Koreya xalqı əllərinə fürsət düşən kimi ölkələrini tərk etməyə meyllidir. Hər il ən riskli qaçış yollarına baş vuran şimali koreyalılar hətta özlərini dəniz fırtınalarının qoynuna atmaqdan da çəkinmirlər. Görünür, Çin də yaxın saatlarda və ya günlərdə qərb qonşusunda yaşanacaq təlatümün öz sərhədlərə qədər gələcəyindən narahatdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam