İmişli Şəkər Zavodunda etiraz aksiyası keçirilib? – “Azersun Holdinq"dən açıqlama
Aprelin 16-da İmişli Şəkər Zavodunun 50 nəfərdən çox işçisinin etiraz aksiyası keçirilib. Bu barədə “Azadlıq” radiosuna adının açıqlanmasını istəməyən işçilərdən biri məlumat verib.
Yenixeber.org: Onun sözlərinə görə, etirazçılar işəgötürənin müqaviləöhdəliklərinəəməl etməsini, özlərindən asılı olmayan səbəblərdən yaranan boşdayanmaya görə haqq ödəməsini və işçi ixtisarına yol verilməməsini tələb ediblər:"Aprelin 16-da zavodun qarşısından keçən avtomobil yolunu bağlamışdıq. Əraziyəçoxsaylı polis əməkdaşları gəldi. Yolu açmağımız tələb edildi. İmişli Rayon İcra Hakimiyyətinin başçısı və yerli hüquq-mühafizə orqanları əməkdaşları da gəlmişdi. Rəsmilər söz verdilər ki, məsələ növbəti gün araşdırılacaq. Amma səhəri - aprelin 17-də bizə bir söz deyən olmadı. Zavodun qarşısında yenidən toplaşmağımıza polis imkan vermədi. Səsini çıxaranları da tutub apardılar".
Həmin şəxsin sözlərinə görə, etiraz edənlər yük daşıyan muzdlu fəhlələr olub: "Son vaxtlar zavodda şəkər tozu istehsalı dayanıb. Bu da, öz növbəsində, yükdaşıma işlərinin azalmasına səbəb olub. Yanvarda işçiləri kütləvi ixtisar etmək istəyirdilər. Etiraz edəndən sonra bu plandan əl çəkildi. Martın 19-da bəzilərini məzuniyyətə çıxardılar. Bir növbəni saxlamaqla qalan işçilər evə buraxıldı. Amma sonradan hamını işə qaytarıb gündüz saatlarıüçün növbəlilik təşkil etdilər. Bu isə bizə sərf etmir, çünki ayda cəmi 7-8 iş növbəmiz olacaq vəçox az haqq alacağıq".
O deyib ki, onlarla bağlanılmış müqavilədə aylıq məvacibləri 250 manat göstərilib. Onun deməsinə görə, faktiki olaraq isə daşıdıqları yükə görə haqq alıblar: "1 ton şəkəri vaqonlara, avtomobillərə yükləmək və ya anbarlara yığmağa görə 1 manat 10 qəpik ödənilir. Bu muzdla aylıq əməkhaqqımız ortalama 400 manat çıxır və kartımıza ödənilirdi. İndi o hesabla heç 100 manat da olmayacaq. Deyirik, boşdayanma bizdən asılı olmayan səbəbdən yaranıb. Beləçətin vaxtda az pul ödəmək insafdan deyil. Axı bizim də ailəmiz, onların ehtiyacları var".
“Azersun Holdqin”dən sorğumuza cavab olaraq bildirilib ki, bəzi media qurumlarıı tərəfindən İmişli Şəkər Zavodunda işçilərin etiraz etməsi ilə bağlı yayılmış xəbərlə bağlı bildirmək istəyirik ki, mənbəsi açıqlanmayan bu xəbər həqiqəti əks etdirmir.
“Müəssisəəməkdaşları tərəfindən Azərbaycan Şəkər İstehsalat Birliyinə (AŞİB) məvaciblərlə bağlı müraciət ünvanlanıb ki, hazırda bu məsələyə baxılır. AŞİB fəaliyyət göstərdiyi illər ərzində bütün əməkdaşlarına böyük diqqətlə yanaşıb, tək İmişli deyil, Azərbaycanın müxtəlif bölgələrində insanların işlə təmin edilməsinə, sosial-rifah halının yüksəlməsinə mühüm töhfə verib”-deyə məlumatda qeyd olunur.
Holdinq bütün media qurumlarından hazırki həssas dönəmdə verilən xəbərlərə diqqətlə yanaşmağı, həqiqətdən uzaq məlumatları yayımlamağı xahiş edir.(azpolitika)