
“Reuters” kosmosdan çəkilmiş fotoları yaydı
Yenixeber.org: Nyu-York əhalinin sayı baxımından (8.2 milyon nəfər) ABŞ-ın ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdən yaşayanların sayı isə 10 milyona yaxındır. Nyu York əhalinin sıxlığına görə də Amerikada öndə gedir. Bu bardə Qətərin “Qulf News” saytı xəbər yayıb.
O da faktdır ki, Nyu-York ştatında koronavirusdan ölənlərin sayı 8600 nəfərdir. Bütövlükdə ABŞ-da isə koronavirus qurbanlarının sayı 20 min nəfəri keçib. Göründüyü kimi, Nyu-York koronavirusun episentridir və burada vəziyyət kritik həddədir.

Vəziyyətin nə qədər kritik olduğunu kosmosdan çəkilmiş fotolar aydın şəkildə nümayiş etdirir. Artıq meyitləri saxlamaq üçün morqlarda yer yoxdur. Meyitləri basdırmaq baxımından da problem yaranıb.

Şəhər rəhbərliyinin göstərişi ilə “Hart Island” adasında kütləvi dəfn üçün məzar yeri qazılıb. “Reuters” agentliyi həmin kütləvi məzarlığın fotolarını yayıb. Aydin görünür ki, artıq kütləvi məzarlıqda xeyli tabut yığılıb.

Qeyd olunur ki, bu adada adətən kimsəsi olmayan insanlar dəfn olunurlar.
https://gulfnews.com/photos/news/covid-19-new-mass-graves-being-dug-as-new-yorks-morgues-are-overwhelmed-1.1586692075074?slide=8
Elbəyi Həsənli, Sürix (musavat)