Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı...-Şirkətlər,...donuz ferması

 

 
   
 

bitmap-img6

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd İqbal Məmmədova qarşı etirazlar səngimək bilmir. 
 
Yenixeber.org: Artıq bir neçə gündür ki, Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyevlə rayonun kəndlərində seçicilərlə görüşə gedən İqbal Məmmədovun görüşünə heç kim gəlmir. 
 
Redaksiyamıza verilən məlumata görə deputatlığa namizədlə rayon icra başçısının müavini görüşə getdikləri kəndlərdə kənd icra nümayəndələrinin evlərində qonaq olur, şəkil çəkdirib yaydıraraq sadə insanların onlara dəstək verdiyi görüntüsü yaratmaqla ictimaiyyəti aldatmağa çalışırlar. 
 
Lerik sakinlərinin İqbal Məmmədova qarşı olan qəzəblərinin səbəi isə indiyə kimi onlarla maraqlanmamasıdır. 
 
Bu arada sosial şəbəkələrdə İqbal Məmmədovun dəyəri on milyonlarla ölçülən var dövlətinin siyahısı yayılıb:
1. "Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. "Relax” şirkətlər qrupu (Lerikdə "Relax” İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm” şirkəti).
9. Tibbi yardım çantalarının ("apteçka”) biznesi (Azərtürkmm” şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. "Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar…
 
Xatırladaq ki, ötən ilin avqust ayında İqbal Məmmədova məxsus "Relax" istirahət mərkəzində yoxlamaya gəlmiş Vergilər Nazirliyinin əməkdaşları döyülmüşdü. 
 
Baş verən insidentə görə İqbal Məmmədovun oğlu və qardaşı oğlu olmaqla 6 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçildi.(qlobal.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam