Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bruney sultanın “Range Rover” limuzini hərracda satılacaq-FOTOLAR

 

Bruney sultanına inşa edilən “Range Rover” limuzini “Silverstone Auksion evi”ndə keçirilən “NEC Classic” avtomobil klassikləri qapalı festivalında auksiona çıxarılıb.

Yenixeber.org: Rus mətbuatı bildirir ki, onun ilkin qiymətləndirilməsi 18-24 min funt-sterlinq təşkil edir. Bu da 39-52 min manata bərabərdir.

Bruney sultanının sifarişi əsasında uzadılmış “Range Rover LSE” limuzini “Townley Cross Country Vehicles Ltd” tərəfindən yığılıb. Avtomobil hökmdarın kiçik qardaşı - Şahzadə Ceffri üçün nəzərdə tutulub və alıcısına 135 min funt sterlinqə (hazırkı məzənnə ilə 293.4 min manat) başa gəlib.

Avtomobil “Rolls-Royce Mason Black” qara rənginə boyanıb. Maşının daxili “Oxblood Connolly” salonu, “Wilton” kilimləri və qoz qabığından hazırlanmış dekorativ panellərlə təmin olunub.

2000-ci ilin iyununda Mayk Tayson Lou Savares ilə döyüşdən əvvəl bu “Range Rover”də Qlazqoya aparılıb. Daha sonra avtomobil indiki sahibinə - Danimarkadan olan kolleksiyaçıya təhvil verilib.

2006-cı ildə Bruney sultanına aid avtomobillərin, motosikletlərin və avtobusların siyahısı dərc edilib. Məlum olub ki, dünyanın ən varlı monarxlarından olan şərq hökmdarı 2 min 789 nəqliyyat vasitəsinə sahibdir. Bunların arasında doqquz “McLaren F1” və dörd “Bugatti EB110” var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam