Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abşeronda şəhid anasının evini başına uçurdular –VİDEO 

 

Abşeronun icra başçısı İradə Gülməmmədovadan daha bir şikayət var.

Yenixeber.org: İcra başçısının göstərişi ilə şəhid anası Sütun Əhmədovaya məxsusu evi uçurulub. Maraqlı məqam odur ki, bu evin tikintisinə xanım Gülməmmədova hələ icra başçısının birinci müavini olarkən rəsmi icazə veribmiş. 

Sütun Əhmədova bildirir ki, şəhidin qan pulunu alıb, kredit də götürüb o biri oğluna ev tikmək istəyib: “11 min manat şəhid pulu verdilər. Oğluma verdim ki, xəstəyəm, Bərdədən gedib-gələ bilmirəm, burada ev tikin, mən də yanınızda qalım. Amma Abşeron icra hakimiyyətinin adamları iki dəfə evi başımıza uçurublar. Şəhid nə deməkdir? Mənim balam torpaq üstündə şəhid olub.İcra hakimiyyəti imkan vermir ki, evi tiksin, xəstə ananı yanında saxlasın. Şəhid anası kimi xahiş edirəm ki, sökənlər gəlib evi tiksin, versinlər. Deyirlər ki, şəhid anası başını dik tutsun, şəhidin ölməyib. Budur şəhidə qiymət?”.

Şəhid qardaşı Səxavət Əhmədov deyir ki, əllərindəki sənədlər qanunidir: “Heç bir xəbərdarlıq etmədən uçurub getdilər. Memarlıq şöbəsinə getdim, heç bir əsas gətirə bilmədilər. Dedim əsas gətirin. Sonra söz verdilər ki, tikə bilərsən. Bir az keçşdi, təzədən yenə traktora verib dağıtdılar. Yenə heç kəsdən sənəd istəmədən dağıdıblar. Heç kəs də boynuna götürmür ki, kim edib. Ərazidəki adamlar deyirlər ki, Akif müəllim əmr verib. O da icra hakimiyyətində memarlıq şöbəsində işləyir”.

Şəhid ailəsi xahiş edir ki, əgər bu məsələdən icra başçısının xəbəri yoxdursa, İ.Gülməmmədova dərhal münasibət bildirsin, qanunsuzluq edənləri cəzalandırsın. Onlar ümid edirlər ki, xanım başçı şəhid anasına qarşı bu haqsızlığa son qoyacaq.

S.Əhmədova prezidentə, Mehriban xanıma müraciət edərək özbaşınalığa, ədalətsizliyə son qoyulmasını xahiş edib.(sensasiya.tv)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam