Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İCRA HAKİMİYYƏTİNDƏN ŞƏHİD ANASINA HÖRMƏTSİZLİK - FOTOLAR

 

Balakən rayon İcra Hakimiyyəti şəhid anasının müraciətlərinə dırnaqarası yanaşır.

Xeberinfo.com:   Balakən şəhər, 20 yanvar küçəsi ev 14-də yaşayan, şəhid anası Töhfə Vəli qızı Əliyeva dəfələrlə sosial probleminə yardım göstərilməsi məqsədi ilə icra başçısı İslam Rzayevin adına rəsmi müraciətlər etsə də, rayon rəhbəri hər dəfə müxtəlif vasitələrlə şəhid anasına kömək etməkdən boyun qaçırır. Gundelik-baku.com-a istinadən , şəhid anası Töhfə Əliyeva öz oğlu Saleh Mustafa oğlu Əliyevi hərbi xidmətə yola salanda bilmirdi ki, nə vaxtsa övladı şəhid olacaq və ona rayon rəhbərliyi laqeyd münasibət sərgilələyəcək. Heç onu da bilmirdi ki, oğlu canını vətən yolunda fəda edərək şəhid adı alacaq. Düzdür, şəhidlik ən uca zirvədir. Elə bir zirvədir ki, hər birimiz bu adın qarşısında baş əyməliyik. Hətta şəhidin valideynlərinə böyük hörmət və ehtiram göstərməliyik. Ki, belə bir övlad böyüdüb boya-başa çatdrıblar. Amma necə deyərlər sən saydığını say, gör vəzifəli şəxslər nə sayır. Şəhid anasının etdiyi müraciətlərə etinasız münasibətlərdən belə nəticəyə gəlmək olur ki, Balakən Şəhər İcra Hakimiyyətinin başçısı İslam Rzayev cənablarını öz şəxsi mənafeyindən başqa heç nə maraqlandırmır. Bir şəhid anasının başına uçub-dağılan mənzili təmir etdirmək bir rayon büdcəsi üçün elə bir böyük məbləğ deyil. Amma icra başçısı sosial narazılığın qarşısını almaq əvəzinə sanki daha da qızışdırır. Qeyd edək ki, şəhid anasının yaşadığı mənzil hər an dağıla bilər. Bu zaman isə şəhid anasının sağ qalıb-qalmayacağı sual yaradır. Təəssüflər olsun ki, rayon icra hakimiyyəti tərəfindən şəhid anasını narahat edən bu problemin həllinə köməklik göstərilmir. Amma icra başçısı Əlillər Cəmiyyətinin nümayəndələrini şəhid anasının üzərinə göndərməklə elə bilir vətəndaşa yardım edir. Tay demir ki, bələdiyyənin, icra nümayəndəliyinin, əlillər cəmiyyətinin bir kilo qəndinə, çayına, yağına ehtiyacı olsaydı, ötən illərdə də müraciətlər edərdi. Töhfə Əliyeva oğlu şəhid olandan bir dəfə də olsun kimlərəsə kömək üçün müraciət etməyib. Heç rayon rəsmiləri də heç zaman kömək etmək məqsədilə addım atmayıblar. Töhfə Əliyeva bunu özünə sıxışdırmayıb ki, kimlərdənsə kömək istəsin. Bir qarnı ac, bir qarnı da tox şəkildə yaşayıb. Amma indii məcburiyyətdən evinin təmir edilməsi üçün müraciətlər edib. Çünki aldığı təqaüdlə özünə bir tikə çörək ala bilər, amma evini təmir etdirə bilməz. Bunun üçün dövlətin dəstəyi lazımdır. Amma Balakən şəhər İcra Hakimiyyətinin başçısı bu dəstəyi etməkdən boyun qaçırır.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam