Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Nazirlik şəhid anası ilə bağlı AÇIQLAMA YAYDI:Ödəniş olub...


"Şəhid hərbi qulluqçumuz Allahyarov Hüseyn Ələkbər oğlunun anası Səlminaz Allahyarovanın bir neçə gün öncə qafqazinfo.az saytındakı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Səlminaz xanım Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona vaxtilə sığorta ödənişi edilmədiyini iddia edir. "Deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb...” deyə, indiyədək həmin qurumdan heç bir sığorta ödənişi almadığını bildirib Şəhid anasının bu narazılığı ilə bağlı araşdırma aparılarkən Səlminaz Allahyarovaya sığorta ödənişinin verildiyi sənədlər əsasında təsdiqini tapıb”.
Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov "Facebook” sosial şəbəkəsində yazıb. Bildirib ki, Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu”, eyni zamanda 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən "Özəlləşdirmə payı almaq üçün” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.
Həmçinin, Səlminaz Allahyarova qardaşı Səmədov Cövdət Cavad oğlunun şəhid hərbi qulluqçu olması ilə əlaqədar əvvəllər onlara hər hansı ödəniş edilmədiyini də bildirib. Amma Zaqatala rayon dövlət notariat kontoru tərəfindən 1997-ci il 14 aprel tarixində reyestrdə qeydiyyatda alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Səmədov Cövdət Cavad oğlunun vərəsəsi kimi anası Səmədova Gülüzar Bayram qızı "Şəhid ailəsi üçün 50000 manat sığorta pulu” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub.
Nazirlik bu kimi digər müraciətlərə də həssaslıqla yanaşaraq operativ araşdırma aparılmasını və nəticəsi barədə məlumat verilməsini təmin edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam