Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakıda axundun otağından 2300 manat oğurlanıb - FOTOLAR

 

Bakıda axundun otağından 2300 manat oğurlanıb - FOTOLAR
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib. Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib.
Yenixeber.org: DİN-in mətbuat xidmətindən bildirilib ki, bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. 



Qeyd edək ki, A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməılinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub. 



Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam