Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

HAMLET İSAXANLI MƏRDƏKANDAKI DƏBDƏBƏLİ OTELİ NECƏ TİKDİRİB? –Fotolar

xezer-otel5

Xəzər Universitetindən maaş azlığına və müəllimlərin istismarına etiraz olaraq istefa verən fəlsəfə doktoru Mail Yaqub daha bir açıqlaması ilə gündəm yaradıb.

Yenixeber.org: Mail Yaqub saytımıza açıqlamasında bildirib ki, tələbələrdən yığılan külli miqdarda vəsait müqabilində müəllimlərinə cüzi maaş verən və onları alçaldan universitetin qazancı təsisçi Hamlet İsaxanlının böyük biznesinin qurulmasına sərf olunur.

“Hamlet İsaxanlı Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli otel tikdirib. Otelin açılışı bir neçə ay öncə baş tutdu. Xəzər Universitetində tələbələrdən yığılan külli miqdarda vəsait qarşılığında müəllimlərinə cüzi maaş verən və onları təhqir etməkdən çəkinməyən universitet rəhbəri yığılan yüksək təhsilhaqqını gənclərin haqq etdiyi təhsili almasına deyil, onmilyonlara başa gələn otelə xərcləyir”.

Qeyd edək ki, M.Yaqub “hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən” kimi xarakterizə etdiyi Xəzər Universitetindən istefa verib. O bildirib ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla).(axar.az)

xezer-otel1

xezer-otel2

xezer-otel6

xezer-otel3

xezer-otel4

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam